Türkiyə mətbuatı, 12 sentyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1267928
Türkiyə mətbuatı, 12 sentyabr 2019

“Haber Türk”: “Türkiyə Netanyahunun açıqlamasına sərt reaksiya verdi”

Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Netanyahunun İordan çayının qərb sahilindəki İordaniya vadisi və qeyri-qanuni məskunlaşma sahələrini ilhaq edəcəyi ilə bağlı açıqlamasına reaksiya göstərildi.

Bəyanatda: "Bu, qeyri-qanuni "fait accompli" təşəbbüsü heç vaxt qəbul edilə bilinməz. Beynəlxalq ictimaiyyəti İsrailin hüququn əsas prinsiplərini çəkinmədən ayaqlar altına atmasına reaksiya verməyə çağırırıq" deyildi.

Nazirliyin bəyanatında Türkiyənin qardaş Fələstin xalqının yanında olmağa və Fələstin dövlətinin haqlı müstəqillik mübarizəsini bütün gücü ilə dəstəkləməyə davam edəcəyi də ifadə edildi.

“Hürriyət” qəzeti: “Türkiyə-Hollandiya arasında razılaşma sənədi imzalandı”

Ticarət naziri Ruhsar Pekcan Hollandiya ilə Türkiyə-Hollandiya Birgə İqtisadi və Ticarət Komitəsi (JETCO) çərçivəsində gəniş çərçivədə əməkdaşlıq razılaşmasına dair sənəd imzaladıqlarını bildirdi. Pekcan “İmzalanan sənəd ikitərəfli sərmayə qoyuluşları, standartlaşdırma, enerji, nəqliyyat, ağıllı və yaşıl şəhərlər, təkrar istehsal iqtisadiyyatı, elm, yənilikçilik və qadınların iqtisadiyyata cəlb olunması ilkin planda yer alır” dedi.

“Yeni Şafak” qəzeti: “”Brexit” Türkiyə üçün müxtəlif imkanlar təqdim edir”

Prezident Aparatının Sərmayə Qoyuluşları üzrə Oifsinin sədri Arda Ermut Türkiyə ilə İngiltərənin güclü iqtisadi münasibətlərinin olduğunu bildirərək “”Brexit”dən sonra əlaqələrimizin güçlənərək davam edəcəyinə inanıram. Türkiyə yekun qərara görə iqtisadi və ticarət əlaqələrin daha da inkişaf etdiyi bir ssenari çərçivəsində hərəkət edir” dedi”.

“Vatan” qəzeti: “Malayziyada Türk müdafiə sənayesinin təqdimatı oldu”

Malayziyada keçirilən “Türkiyənin dronları və aviasiya sənayesi: Texnologiya və fürsətlər” tədbirində Türkiyədə istehsal olunan Pilotsuz Uçuş Aparatları (PUA) və Silahlı Pilotsuz Uçuş Aparatları (SPUA) təqdim edildi. Malayziya mətbuatı tədbiri maraqla qarşaladı. Tədbirdə həmçinin Türkiyədə hazırda yeni nəsil uçuş aparatları və texnologiyaları ilə yanaşı Malayziya ilə birgə həyata keçirilə biləcək layihələr müzakirə olundu.  

“Sabah” qəzeti: “Avropa Türkiyədən geyinir”

Yayılan hesabata görə, sektorun ilin ilk yarısında reallaşdırdığı ixrac həcmində keçən ilin müvafiq dövrünə müqayisədə 84 milyon dollarlıq artım qeydə alınıb.

İlin ilk 6 ayında ən çox ixrac edilən ölkə İspaniya olub. Bu ölkəyə 645 milyon 906 min dollarlıq geyim ixrac edilib. Bu da ümumi ixracın təxminən 19 faizini təşkil edir.

İspaniyanı 427 milyon 754 min dollarlıq ixrac həcmi ilə Almaniyaya, 293 milyon 237 min dollarla İngiltərə, 205 milyon 649 min dollar ilə Hollandiya və 137 milyon 391 min dollar ilə də Fransa izləyib.



Әlaqәli Xәbәrlәr