Türkiyə mətbuatı, 05 sentyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1264035
Türkiyə mətbuatı, 05 sentyabr 2019

“Vatan” qəzeti: “Prezident Ərdoğan: “İxracatımız 36 milyard dollardan 170 milyarda çıxdı”

Prezident Rəcəb Tayyib Ərdoğan ixracın 36 milyard dollardan 170 milyarda çıxdığını söylədi, müdafiə sənayesində Türkiyənin yerli və milli olaraq ehtiyacının 70 faizini ödəcəyək hala gəldiyini bildirən Ərdoğan “İxracatımız müdafiə sənayesində 2,5 milyard dallara çıxıb. Öz ordumuzun ehtiyacını ödəcəyək səviyyədə istelsal edirik, indi qrurla addım atırıq” dedi.

“Sabah” qəzeti: “İxrac artır”

Ticarət naziri Ruhsar Pekcan Türkiyənin avqust ayı ixracının 1,69 faiz artımla 13 milyard 150 milyon dollara çatdığını söylədi. Pekcan xarici ticarət kəsirinin isə avqsut ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,88 faiz azalaraq 2 milyard 376 milyon dollar təşkil etdiyini bildirdi.

“Hürriyət” qəzeti: “S-400-lərlə əlaqədar təlim prosəsi Rusiyada start götürdü”

S-400 təlimi Hava Qüvvələri personalının iştirakı ilə Rusiyada başladı.

Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib:

“Uzun Mənzilli Bölgə Hava və Raket Müdafiə Sistemi Layihəsi çərçivəsində Rusiyanın Gatchina şəhərində S-400 təlimi Hava Qüvvələri xədəməsinin iştirakı ilə başladı.”

“Star” qəzeti: “Avust ayında 117 terrorçu zərərsizləşdirildi”

Daxili işlər nazirinin müavini İsmayıl Çataklı aylıq məlumatlandırma toplantısında etdiyi çıxışda bildirdi ki, avqust ayında şəhər ətrafı ərazilərdə 3 böyük, 6-sı orta səviyyəədə olmaqla cəmi 10 min 800, şəhərlərdə isə 895 əməliyyat həyata keçirildi. Həyata keçirilən antiterror əməliyyatları nəticəsində 10-u dırnaqarası yüksək səviyyəli idarəçi olmaqla 117 terrorçu zərərsizləşdirildi.

“Yeni Şafak”: “Pamukkaleni üç ayda 1 milyon insan gəzdi”

Türkiyənin əhəmiyyətli turizm mərkəzlərdən olan, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya Mədəniyyət İrsi siyahısında yer alan Pamukkaleni iyun-avqust dövründə təxminən 1 milyon 100 min yerli və xarici turist gəzdi.

İlin əvvəlindən bölgəyə gələn turistlərin sayı 1 milyon 800 minə çatdı.



Әlaqәli Xәbәrlәr