Türkiyə mətbuatı, 2 sentyabr

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1262036
Türkiyə mətbuatı, 2 sentyabr

"Star": "Rusiya: Türkiyənin Suriyada təhlükəsiz zona tələbi qanunidir"
 
 Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə və Amerika Birləşmiş Ştatları arasında Suriya sərhədində təhlükəsiz zonanın yaradılmasını nəzərdə tutan razılaşmanı dəyərləndirdi. Lavrov Suriyanın şimal-şərqinin fərqli bir bölgə olduğunu bildirdi, Rusiya prezidenti Vladimir Putinin Türkiyənin buradakı təhlükəsizlik maraqlarının qanuni olduğunu qeyd etdiyini söylədi.
 
 "Sabah": "Akıncı" PUA-nın sınaqları başa çatdı"
 
Pilotsuz uçan aparatlar istehsal edən "Baykar" firmasının texniki  işlər üzrə müdiri Səlcuq Bayraqdar "Akıncı" PUA-nın sınaqlarının başa çatdığını elan etdi. "Akıncı"nın mühərrikinin ilk iş anını sosial media hesabından paylaşan Bayraqdar günlərdir hazırlığı davam edən və ən son 24 saatlıq fasiləsiz marafondan sonra ilk dəfə mühərriklərin işə salındığı barədə məlumatı bölüşdü.
 
 "Hürriyyət": "Azərbaycana vizasız səyahət başladı"
 
 Azərbaycan ilə Türkiyə arasında əldə edilən sərbəst viza müqaviləsi çərçivəsində Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına sərbəst viza rejiminin tətbiqi ötən gün (1 sentyabr) başladı. Azərbaycana getmək istəyən vətəndaşlar 30 günə qədər vizasız bu ölkədə qala biləcəklər.
 
"Xəbər Türk": "Antalya turizmdə tarixi rekorda doğru irəliləyir"
 
 Antalyaya 1 yanvar - 31 avqust tarixləri arasında hava yolu ilə 10 milyon 765 min 946 turist gəlib. Bu il ötən ilin eyni dövrünə nisbətən 16,66 faizlik artım müşahidə olunub. Dünyanın ən çox turist qarşılayan üçüncü şəhəri statusunda olan Antalya 16 milyon turist hədəfinə yaxınlaşır.
 
 "Yeni Şəfəq": "Basketbol Milli komandası çempionata sürətli başladı"
 
 A Milli Basketbol Komandası Çinin ev sahibliyi ilə həyata keçirilən 2019 FIBA Dünya Kubokundakı ilk oyununa çıxdı. E qrupunda olan millilər Şanxay Oriental İdman Mərkəzində Yaponiya ilə qarşılaşdı. A Millilər matçı 19 say fərqlə 86-67 hesabı ilə qazandılar. Millilər turnirin ikinci oyununda 3 sentyabr, çərşənbə axşamı günü Türkiyə vaxtı ilə saat 15.30-da Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaqlar.



Әlaqәli Xәbәrlәr