Türkiyə mətbuatı, 20 avqust 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1255162
Türkiyə mətbuatı, 20 avqust 2019

“Vətən": "Terror təşkilatı PKK-ya qarşı “Kıran” əməliyyatı”

Ötən gün Hakkari, Şırnak və Vanda terror təşkilatı PKK-ya qarşı jandarma, polis birlikləri və mühfizə qüvvələrinin iştirakı ilə "Qıran” əməliyyatı başladıldı. Əməliyyata Jandarm Qüvvələrinin baş komandanı Arif Çetin rəhbərlik edir.

“Star”: "Türkiyə-Rusya-Azərbaycan Enerji və Nəqliyyat Əməkdaşlığı Forumu keçiriləcək"

Ankara Rusya Araşdırmaları İnstitutu (RUSEN) tərəfindən 21 avqust tarixində Ankarada Türkiyə-Rusya-Azərbaycan Enerji və Nəqliyyat Əməkdaşlığı Forumu keçiriləcək. Forumda Qafqaz və Orta Asiyaya təsir edəcək yeni əməkdaşlıq imkanları müzakirə ediləcək, üç ölkənin mütəxəssisləri fikir mübadiləsi aparacaq, problemlərin həlli yolları ilə bağlı təkliflər irəli sürəcəklər.

“Hürriyət”:” "Yerli və xarici turistlər Trabzona axın etdilər! Sayları iki dəfə artdı ”

Son 17 ildə Trabzona yerli turist sayı 14 milyon 318 min 934,3 əcnəbi turist sayı 3 milyon 200 min 625 olmaqla, cəmi 17 milyon 546 min 575 turist gəlib. 17 il ərzində turist sayı təxminən 5 dəfə artıb. 2002-ci ildə Trabzona 353 min yerli və əcnəbi turist gəldiyi halda, 2018-ci ildə bu rəqəm 5 dəfə artaraq, 1 milyon 766 minə yüksəlib. Bu ilin 7 ayı ərzində Trabzona 626 min yerli və xarici turist gəlib.

“Sabah”: “ Türk Hava Yolları bayram boyunca 2.4 milyon sərnişin daşıdı "

Türk Hava Yolları (THY) Qurban bayramı günlərində cəmi 2 milyon 380 min sərnişin daşıdı. Tətil müddətində dünyanın 125 ölkəsinə 15 min 269 reys həyata keçirildi və uçuşların orta nisbəti 85,83 faiz təşkil etdi.

Yeni Şəfəq”: "Türkiyə 4 məhsulun ixracında dünyada birincidir"

Türkiyə dünyada fındıq istehsalının 67 faizini, gilasın 26 faizini, əncirin 27 faizini və qaysının 23 faizini təkbaşına təmin edir.  Bu məhsulların ixracından əldə edilən gəlir təxminən 2,2 milyard dollar təşkil edir.



Әlaqәli Xәbәrlәr