Türkiyə mətbuatı, 15 avqust 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1252702
Türkiyə mətbuatı, 15 avqust 2019

“Sabah” qəzeti: “Ərdoğan indoneziyalı həmkarı ilə görüş keçirdi”

Prezident Rəcəb Tayyib Ərdoğan dünən İndoneziya prezidenti Joko Vidodo ilə telefonla danışdı. Telefon danışığında iki lider bir-birlərinin bayramını təbrik etdilər.

“Star” qəzeti: “Milli Müdafiə Nazirliyi açıqladı: bölgədə PUA-larımız vəzifə icra etməyə başladı”

Milli Müdafiə Nazirliyinin açıqlamasında Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması ilə əlaqədar fəaliyyətlər çərçivəsində pilotsuz uçuş aparatlarının vəzifə icra etməyə başladığı bildirildi.

“Hürriyət” qəzeti: “Türk axını”  boru kəməri terminalının 95 faizi tamamlandı”

Rusiyanın qazını Türkiyəyə çatdıracaq və buradan da Avropaya daşıyacaq “Türk axını” qaz boru kəmərinin Trakya (Frakya) sahilindəki Kıyıköydə yerləşən alış terminalındakı tikinti fəaliyyətlərinin 95 faizi tamamlandı.

“Türk axını” layihə şirkətinin açıqlamasında fəaliyyətlərin təqvimə uyğun şəkildə irəlilədiyi və təbii qaz axışının 2019-cu ilin axırında başlayacağının nəzərdə tutulduğu bildirildi.

“Haber Türk” qəzeti: “Muğlada kruiz turizmi”

Malta bayrağı daşıyan kruiz “Horizon” Aralıq dənizində səfəri çərçivəsində Türkiyənin Muğla vilayətinin Marmaris qəsəbəsinə gəldi. Marmaris “Cruise Port” limanında lövbər salan gəmidə əksəriyyəti ispan 1610 turist və 607 gəmi xədəməsinin olduğu bildirildi.

“Yeni Şafak” qəzeti: “Firuzə rəngi olan çimərlik 4 günoə 25 min insanı qonaq etdi”

Antalya vilayətinin Kaş qəsəbəsi Qurban bayramı müddətində tətilə gələn turistlərlə doldu. Kaş və Kalkan arasındakı Kaputaş çimərliyi isə tarixi günlərə səhnə oldu. Firuzə rəngi çimərlik ərəfə və bayram müddətində təqribən 25 min insanı qonaq etdi.



Әlaqәli Xәbәrlәr