Türkiyə mətbuatı, 9 avqust 2019-cu il

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1250508
Türkiyə mətbuatı, 9 avqust 2019-cu il

"Vətən": "Nazir Çavuşoğlundan təhlükəsiz bölgə açıqlaması"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları ilə Suriyanın şimalındakı təhlükəsiz bölgə ilə əlaqədar əldə olunan razılaşmanın yaxşı bir başlanğıc olduğunu ifadə edərək: "Bu işin Münbiç yol xəritəsinə çevrilməsinə icazə verməyəcəyik" dedi. 

 

"Yeni Şəfəq": "Akar: Türkiyə və ŞKTR-nın hüquqlarının qəsb edilməsinə əsla göz yumulmayacak"

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Yaşar Gülər ​​və ordu başçıları ilə birlikdə ötən gün Şimali Kipr Türk Respublikasına səfər edən milli müdafiə naziri Hulusi Akar: "Türkiyə həm özünün, həm də ŞKTR-nın qanuni haqq və mənfəətlərini hər zaman qorumuşdur və qorumağa davam edəcək" ifadəsini işlətdi.

 

"Hürriyyət": Kapadokiyaya axın etdilər "

Türkiyənin əhəmiyyətli turizm mərkəzlərindən biri olan Kapadokiya bölgəsinə iyul ayı ərzində 393 min 728 yerli və xarici turist gəldi. İyul ayında yerli və xarici turistlərin ən çox diqqətini çəkən Gorəmə Açıq Hava Muzeyi oldu.

 

"Sabah": "Türkiyədə ilk dəfə İstanbul hava limanında başladı"

İstanbul hava limanında iki robot terminalda sərnişinlərə xidmət göstərməyə başladı. Türkiyədə ilk dəfə İstanbul hava limanında işə başlayan robotların sayı sınaq müddəti başa çatdıqdan sonra  4-ə çıxarılaraq. Yerli istehsal olan robotlar sərnişinlərin suallarını türk və ingilis dillərində cavablandırır, həm səsli, həm də ekranda göstərdiyi məlumatlarla yönləndirir.

 

"Star": "Cennifer Lopezdən Türkiyə bölüşümü"

Antalyada səhnəyə çıxan dünya şöhrətli müğənni Cennifer Lopez sosial media hesabından Antalya konsertlərinin görüntülərini paylaşdı. Avqustun 6-da pərəstişkarları ilə görüşən Cennifer Lopez  Antalya və Türkiyənin təqdimatına bu şəkildə töhvə verdi.



Әlaqәli Xәbәrlәr