Türkiyə mətbuatı, 8 avqust 2019

Türkiyə mediası 2019-cu ilin 8 avqustunda nələrdən yazır?

1249820
Türkiyə mətbuatı, 8 avqust 2019

 

“Hürriyet”: Erdoğan: “Hərəkat mərkəzi qurulmasıyla birlikdə müddət başlayacaq

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 6 avqustda Ukrayna prezidenti Vladimir Zelenski ilə ortaq mətbuat konfransında Suriya sərhədindəki barış koridoru, ABŞ və Türkiyə arasında uzlaşma ilə nəticələnən görüşlər, Hərəkat Mərkəzi qurulmasının qərarını açıqlayaraq: “Hərəkat mərkəzi qurulmasıyla birlikdə müddət başlayacaq" dedi.

“Star”: MSB: ABŞ hərbi heyəti ilə keçirilən etibarlı bölgə görüşləri tamamlandı

  Suriyanın şimalında ABŞ-la koordinasiyalı şəkildə təsis edilməsi planlanan Etibarlı Bölgə ilə bağlı Amerika hərbi səlahiyyətliləriylə Türkiyə Milli Müdafiə Nazirliyində 5-7 avqust tarixlərində keçirilən görüşlər sona çatdı.

  Türkiyə Milli Müdafiə Nazirliyindən 6 avqutda verilən məlumatda bildirilir: “Etibarlı bölgə təsisinin ABŞ ilə birlikdə koordinasiya və rəhbərliyi üçün Türkiyədə olacaq Müştərək Hərəkat Mərkəzinin ən qısa zamanda qurulmasında razılıq əldə edildi.”

“Yeni Şafak”: "Yavuz” arama və qazma işlərinə başladı

  Türkiyə Aralıq dənizində sahib olduğu və Şimal Kipr Türk Respublikasının (KKTC) “Türkiyə neftləri”nə dair sənəd sahələrində arama və qazma işlərini davam etdirir. Bu çərçivədə “Fatih” gəmisindən sonra “Yavuz” qazıntı işlərinə başlayıb.

“Sabah”: Makina ixracatı 7 ayda 10 milyard dolları keçdi

  Türkiyə Makina İxracatçıları Birliyinin sədri Kutlu Karavelioğlu Türkiyənin makine ixracatının 7 ayda 10,3 milyard dolları keçdiyini bildirərək deyib: “Sektorun başlıca ixracat bazarları ABŞ, Fransa, İspaniya və Rusiyadır”.

“Vatan”: 350 min illik balta tapıldı

  Türkiytənin Antalya şəhərinbdəki Karain mağarasında aparılan arxeoloji qazıntıların son günü 2 ucu iti 350 min illik əl baltası ortaya çıxdı. 2007-ci ildə bölgədə olan digər qazıntı zamanı isə 400 min il yaşı olan əl baltası tapılmışdı.



Әlaqәli Xәbәrlәr