Türkiyə mətbuatı, 5 avqust 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1247914
Türkiyə mətbuatı, 5 avqust 2019

"Yeni Şəfəq": "Prezident Ərdoğan: "Fəratın şərqinə girəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan Fərat çayının şərqindəki əməliyyat barəsində danışdı. Ərdoğan: "Afrinə, Cerablusa, Əl-Baba girdik. İndi də Fəratın şərqinə girəcəyik. Bu məsələni Rusiya və ABŞ ilə bölüşdük" dedi.

 

"Sabah": "Təslim olan PKK: təşkilata qoşulanlar məyus olublar"

Təhlükəsizlik qüvvələrinə təslim olan iki PKK terrorçusu ifadəsində təşkilatın gəncləri öz sıralarına daxil etmək üçün müxtəlif vədlərlə təbliğat apardığını, psixoloji təsir metodlarından istifadə etdiyini, lakin təşkilata qoşulan bütün gənclərin məyus olduqlarını, təşkilatın əsl üzünü gördüklərini və ilk fürsətdə qaçmağa çalışdıqlarını bildirdi.

 

"Hürriyət": "Bu ölkədən gələnlər rekord əldə etdilər! Sayları milyonlarla oldu""

Bu il turizmdə rekord rəqəmlər əldə edən Antalya yanvar-iyul dövründə 16% artımla 8 milyon 193 min 924 xarici turisti qəbul etdi. Bu dövrdə Rusiya ən çox turist sayı olan ölkələrin siyahısında ilk yeri tutdu. Rusiyanı Almaniya və Ukrayna təqib etdi.


"Star": "Məşhur milyarder Jeff Bezos lüks yaxtasıla Göcəkdədir"

"Amazon"un yaradıcısı Jeff Bezos istirahət günlərini Bodrum, Datça və Marmaris Səlimiyyədə keçirdi. Milyarderin "Flying Fox" adlı lüks yaxtası Fəthiyyə Göcəkdə lövbər atdı. Bezosun alman şirkətinə aid olan lüks yaxtaya gündəlik 400 min avro kirayə verdiyi məlum oldu.

 

"Xəbərtürk": "Çakabəy "Google"un təsis etdiyi Ümumdünya elm mükafatını Türkiyəyə gətirdi"

İzmirdən olan 11-ci sinif şagirdi Tuan Dolmen "Google" tərəfindən təşkil edilən və 120-dən çox ölkənin qoşulduğu onlayn elm sərgisi  "Google Science Fair"-də beş mükafatdan birini qazandı. Dolmenin hazırladığı  ağac vibrasiyasını enerjiyə çevirən kənd təsərrüfatı moduluna “Scientific American Innovator” mükafatı verildi.
 



Әlaqәli Xәbәrlәr