Türkiyə mətbuatı, 2 avqust 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1246658
Türkiyə mətbuatı, 2 avqust 2019

 
 "Star": "Terror təşkilatı PKK-da qorxu və təlaş zirvəyə qalxdı: "Asandırsa gəl özün et"
 
 Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Pəncə-1" və "Pəncə-2" əməliyyatları və uğurlu hava əməliyyatları nəticəsində PKK/KCK terror təşkilatının ağır vəziyyətdə olduğu və bu vəziyyətin terrorçuların başçılarının verdikləri göstərişlərə qarşı reaksiyalarda da əks olunduğu bildirildi. Təşkilat üzvləri : "Oturduğunuz yerdən əmr vermək asandır, gəlin siz edin, görək" cavabını verərək başçılarına  üsyan edirlər. Təşkilat içində qorxu, təlaş və logistika ehtiyacları zirvəyə qalxıb. 
 
  
 "Yeni Şəfəq": "Daşınmaz Əmlak Qeydiyyatı və Kadastr Baş İdarəsi 5 ölkədə nümayəndəlik açır"
 
 ""Daşınmaz Əmlak Qeydiyyatı və Kadastr Baş İdarəsinin baş direktoru Mehmet Zəki Adlı: "Fransa, Belçika və Ərəb ölkələrinin də daxil olduğu 5 ölkədə nümayəndəlik açacağıq. Qalan ölkələrlə bağlı işlər də davam edir. Artıq daşınmaz əmlak almaq istəyənlərin Türkiyəyə gəlmələrinə ehtiyac qalmayacaq, olduqları ölkələrdə alqı-satqı əməliyyatlarını asanlıqla həyata keçirə biləcəklər" dedi.
 
 
 "Sabah": İstanbul -İzmir magistral yolu 2 gündən sonra açılır!"
 
 İstanbul ilə İzmir arasındakı 8,5 saatlıq səfər müddətini 3,5 saata salacaq İstanbul-İzmir magistral yolunun 192 kilometrlik hissəsi prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 4 avqust tarixində istifadəyə veriləcək.
 
 
 
 "Vətən": "Türk restoranının müdiri müştərinin həyatını xilas etdi"
 
İngiltərənin paytaxtı Londonda bir Türk restoranının müdiri Cem Canpolat müştərinin boğazında qalan yeməyi tək həmlə ilə çıxararaq onun həyatını xilas etdi. İngilis mətbuatı bu barədə yazdı.
 
 
 
 "Hürriyyət": "Son 3 ildə gələn turistlərin sayı 85% artıb"
 
 Kapadokiyaya səfər edən turistlərin sayı 2019-cu ilin ilk 6 ayında son 3 ildə 85 faiz artaraq 1 milyon 250 minə çatıb. Kapadokiyaya ən çox turist Asiya ölkələrindən gəlir. İlin sonuna qədər 3 milyon turistin gəlməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr