Türkiyə mətbuatı, 1 avqust 2019

"Sabah", "Star", "Vatan", "Yeni Şafak" və "Hüriyet" bu gün nələrdən yazır?

1245888
Türkiyə mətbuatı, 1 avqust 2019

 

“Sabah": 2019 dünyanın ən güclü orduları açıqlandı

  Beynəlxalq hərbi güc məlumatlarını toplayan “Global Fire Power” tərəfindən 2019-cu ilin ikinci rübünə aid ən güclü hərbi qüvvəyə malik ölkələr açıqlanıb. Siyahıda Türkiyə ordusu dünyanın ən güclü orduları sırasında sammitdəki ölkələrdən biri olaraq göstərilib. Türkiyənin siyahıdakı yerini müəyyən edən ən mühüm amil əməliyyatlarda texnologiyanı ən yaxşı şəkildə istifadə etməsi olub.

“Star”: "İpək Yolu” dəmir şəbəkə ilə Körfəzdə dənizə endirildi

  Türkiyənin İzmit körfəzindəki “DP World” limanı 1 kilometrlik dəmir yolu ilə Qars-Tiflis-Baku kəməri vasitəsilə Xəzər dənizi, oradan da Çinə bağlandı. Ölkənin nəqliyyat və infrastruktur naziri Cahit Turxan: "Bu xidmət özəl sektorumuz üçün ölkəmizdə bir ilkdir", - dedi.

“Vatan": 1915 Çanaqqala körpüsü dünyanın ən böyüyü olacaq: işlərə başlanıldı

  Türkiyənin Karabük Dəmir və Polad Zavodları (KARDEMİR) tamamlandıqda "dünyanın ən böyük orta aydınlıqlı asma körpüsü" adını alacaq, rəngləri, fiqurları və digər xüsusiyyətləri ilə "simvolların körpüsü" olacaq 1915 Çanaqqala körpüsünün dəstək formalarının (Support Frame) istehsalına başlanıldığını bildirib.

“Yeni Şafak”: Kosmos hüququ Türkiyədə müzakirə ediləcək

  Kosmos araşdırmalarına yönəlik çalışmalarını intensivləşdirən Türkiyə 2019-cu ilin 23-26 sentyabr tarixlərində kosmos hüququ sahəsində həyata keçiriləcək mühüm beynəlxalq konfransa ev sahibliyi edəcək.

“Hüriyet": Dördüncü “Dreamliner” gəldi, ikisi isə bunkerdə gözləyir

  Türkiyə Hava Yolları 4 “Boeing 787-9”un “Dreamliner” modelli təyyarəsini təhvil aldı. Yeni “Dreamliner” THY-nin 341-inci təyyarəsi olaraq inventara girdi.



Әlaqәli Xәbәrlәr