Türkiyə mətbuatı, 1 iyul 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1227874
Türkiyə mətbuatı, 1 iyul 2019

"Vətən": "Prezident Ərdoğandan Yaponiyada FETÖ xəbərdarlığı"
 
 Prezident Rəcəb Tayyib Ərdoğan Yaponiyadakı Naqoya Bunri Universitetinin Mədəniyyət Forumunda Türk Cəmiyyəti ilə Görüş Proqramında əhəmiyyətli bəyanatlar verdi. Ərdoğan: "Gözünü ehtiras, kin və nifrət bürümüş Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin ölkəmizin nüfuzuna qara yaxmasına imkan verməməliyik. Əliqanlı terror təşkilatı ilə mübarizəmizdə sizdən dəstək gözləyirik. PKK nə DHKP-C nədirsə, FETÖ də odur. Heç birinin bir-birindən fərqi yoxdur. Həmrəylik içində hərəkət etsək, öhdəsindən gələ bilməyəcəyimiz heç bir çətinlik olmaz" deyə danışdı.
 
 "Sabah": "Xarici işlər Nazirliyindən Liviyaya sərt xəbərdarlıq"
 
 Türkiyə Liviyada Xəlifə Hafter qüvvələri tərəfindən saxlanılan Türkiyə  vətəndaşlarının azad edilməmələri halında Hafter qüvvələrinin "hüquqi hədəf" vəziyyətinə gələcəyi barədə xəbərdarlıq etdi.
 
 "Hürriyyət": "Antalyada rekord"
 
 Antalyaya 29 iyun, şənbə günü hava yolu ilə 90 min 889 turist gəlib. Bu rəqəmlə şəhərdə bir günə aid rekord turist sayı yeniləndi.
 
"Star": "Türkiyənin "Yavuz" qazma gəmisi Mesin sularında"
 
 Türkiyənin ikinci qazma gəmisi "Yavuz" ötən gün Mersin sahilində lövbər saldı. Yanacaq doldurmaq üçün gözləyən gəminin hazırlıqlarının başa çatmasından sonra qazma işləri üçün Kiprə doğru hərəkət edəcəyi öyrənildi.
 
 
 "Xəbər Türk": "Busə Naz Çakıroğlu qızıl medal qazandı"
 
 Belarusun paytaxtı Minskdə təşkil olunan 2019 Avropa Oyunlarının son günündə milli boksçu Busə Naz Çakıroğlu 51 kq çəki dərəcəsi üzrə final oyununda rusiyalı Svetlana Soluyanova ilə qarşılaşdı. Rəqibini 4-1 hesabı ilə məğlub edən Busə Naz Çakıroğlu qızıl medalın sahibi oldu.



Әlaqәli Xәbәrlәr