Türkiyə mətbuatı, 25 iyun 2019

Türkiyə mətbuatı bu gün nələrdən yazır?

1224727
Türkiyə mətbuatı, 25 iyun 2019

“Yeni Şafak”: "Ərəb gəncləri “lider Ərdoğan” dedi

  Ərəb ölkələri arasında keçirilən sorğuda ərəb gəncləri dünya liderləri arasında ən müsbət və etibarlı adamın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu söylədilər.

  25 min gənc ilə keçirilən sorğuya görə, ən böyük təhdid İsrail sayılıb. Ərəblər prezident Ərdoğanın Orta Şərq siyasətinə 51, Rusiya prezidenti Vladimir Putinə 28 və ABŞ prezidenti Donald Tramp 12 faiz dəstək veriblər.

“Haber Türk”: Mövlud Çavuşoğludan S-400 açıqlaması

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan S-400 hava sistemləri alınması məsələsilə bağlı açıqlama verib: "Bizim S-400-dən imtina etməyimiz mümkün deyil. Birdən Türkiyəyə hücum olarsa, biz NATO-dan Türkiyəni qorumasını gözləyə bilmərik… Hansı sanksiya qərarı olursa olsun, hansı açıqlama gəlirsə gəlsin, biz S-400-ü aldıq. Artıq təhvil-təslim məsələləri danışılır. Bunun üçün lazımi işlər davam edir".  

“Hürriyet”: Türkiyə Hava Yolları (THY) 5 ayda 28,5 milyon sərnişin daşıdığını bildirdi

  THY 2019-cu ilin yanvar-may ayları arasında sərnişin sayının 28,5 milyon olduğunu bildirdi. Sərnişin sayında xarici xətlərdə 1,0 faiz artım qeyd edilib. Tranzit sərnişin sayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artım olub.

“Vatan”: Antaliya turizmi iyunda ilk dəfə 5 milyonu keçdi

  Türkiyə turizmində tarixinin ən yaxşı ilini yaşayan Antalyadan yeni rekord xəbərləri gəlməyə davam edir. İlk dəfə iyun ayında şəhərə 5 milyondan çox xarici turist gəlib. 23 İyun etibarilə ümumi turist sayı 5 milyon 27 min 73e çatıb. 1-23 İyun tarixləri arasında turist sayı 1 milyon 727 min 280 nəfər olarkən, keçən ilin eyni dövrünə görə 15 faiz artım olub.

“Star”: Almaniya avtomobil nəhəngi “Volkswagen” Türkiyədə investisiya qoymaq üçün görüşlər keçirdi

  Avtomobil nəhəngi “Volkswagen” (VW) potensial investisiya üçün Türkiyə ilə görüşür. “VW”in icraçı direktoru Herbert Diess bununla bağlı 19 iyunda Türkiyəyə səfər edib, yüksək səviyyəli rəsmilərlə danışıqlar aparıb və Türkiyənin sərmayə üçün potensial ölkə olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr