Türkiyə mətbuatı, 31 may 2019

“Hürriyet”, “Haber Türk”, “Sabah”, “Star” və “Vatan” bu gün nələrdən yazır?

1212198
Türkiyə mətbuatı, 31 may 2019

“Hürriyet”: "Malaziya və Pakistan Türkiyə üçün kilid əhəmiyyətə malik ortaqlardır”, M.Çavuşoğlu

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malaziya və Pakistanın Türkiyə üçün əsas ortaqlar olduğunu söylədi.

  Səudiyyə Ərəbistanının Cidde şəhərində təşkil edilən Türkiyə-Malaziya-Pakistan Üçlü Xarici İşlər Nazirləri Toplantısında iştirak edən M.Çavuşoğlu deyib: "Malaziya və Pakistan Türkiyə üçün kilid əhəmiyyətli ortaqlardır. İslam dünyasının böyük demokratik ölkələri olaraq iqtisadi əməkdaşlığımızı daha da artıracaq və müştərək potensialımızı ən yaxşı şəkildə istifadə edəcəyik."

“Haber Türk”: Türkiyə 57 ölkəyə pomidor ixrac etdi

  Türkiyədən ilin ilk 5 ayında 57 ölkəyə 163 milyon dollarlıq pomidor ixracatı reallaşdırıldı. İxracatda ilk sırada 62 milyon dollar ilə Rusiyadır.

“Sabah”: Çin hava yollarından İstanbul Hava Limanına böyük maraq

  “China Southern” Hava Yolları Çinin Vuhan (Wuhan) şəhərindən İstanbula tarifli səfərlərə başladı.

  Bir çox xarici hava yolu şirkətinin uçuşa başladığı İstanbul Hava Limanına Vuhandan ilk tarifli səfər icra edildi. Beləcə, Quançjoy (Guangzhou) mərkəzli hava yolu şirkəti Vuhandan İstanbula həftədə 3 dəfəlik uçuşa başlamış oldu.

“Star”: İlk dəfə Türkiyədə, dünyada isə yalnız 30 dənə qaldı

  Dünyada yalnız 30 dənə qalan ağ aslan növündən 2 erkək və 2 dişi ağ aslan 30 mayda İstanbulun Tuzla rayonundakı Aslan Parkına gətirildi. Çexiyadan Türkiyəyə gətirilən 4 ağ aslan qonaqlara göstərilməyə başlandı. Yaşları 2,5 ilə 3 arasında olan aslanlar 130 və 150 kq. ağırlıqdadır.

“Vatan”: Can Öncü İtaliyada meydana atılır

  Türkiyə milli motosikletçisi Can Öncü “Moto 3” dünya çempionatının altıncı ayağında İtaliyada meydana çıxacaq.

  Yarış 2 iyunda Türkiyə saatı ilə 12.00-da başlayacaq.



Әlaqәli Xәbәrlәr