Türkiyə mətbuatı, 30 may 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1211208
Türkiyə mətbuatı, 30 may 2019

“Vatan”: “Nazir Hulusi Akardan “Pəncə” hərəkatı ilə əlaqədar açıqlama”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Pəncə” hərəkatının məqsədinin Türkiyəyə İraqın şimalından gələ biləcək terror təhdidinin tamamilə ortadan qaldırılması olduğunu açıqladı.

  27 mayda bölücü terror təşkilatı PKK-ya qarşı başlanılan “Pəncə” hərəkatı ilə bağlı Türkiyə müdafiə naziri bu sözləri deyib:

  "Mehmetciklərimiz tərəfindən terrorçuların bu bölgədəki bütün mağaraları məhv ediləcək. Kandil, Asos və digər yerlərdə də təsbit edilən terror hədəfləri yerli və milli quru atəş dəstək vasitələrilə vurulmaqdadır.

  Suriyanın İdlib bölgəsinə gəlincə. İdlibdə tezliklə sabitliyin və atəşkəsin hakim olması üçün Rusiya ilə görüşlərimizi davam etdiririk."

“Haber Türk”: “Elektirikli maşın batareyası ilə əlaqədar qərar təsdiqləndi”

Yaponların iki nəhəngi “Toyota” və “Panasonic”in elektirikli maşınlarda istifadə edilmək üzrə inkişaf etdirdikləri batareyalarını Türkiyədə istehsal etməyə hazırlaşdıqları məlum oldu. Həmin sahədə dörd ay əvvəl ortaq bir təşəbbüslə əməkdaşlıq edən iki şirkətin bu həmləsi 20121-ci ildə istifadəyə veriləcək “Türkiyənin avtomobili” üçün böyük əhəmiyyət daşıyır.

“Star”: “Krelmin sözçüsü Peskov: S-400-lərin təhvili təqvim istiqamətində irəliləyir”

Kremlinin sözüçsü Dimitri Peskov S-400 havadan müdafiə sistemlərinin Türkiyəyə təhvil verilmə prosesinin planlaşdırılan təqvim istiqamətində irəlilədiyini və hər hansı ləngimənin gündəmdə olmadığını bildirdi.

“Hürriyet”: “Dalbadal rekord qırdı. 3 milyona çatan rəqəm”

Antalya turizmi may ayında yeni rekordlara imza atır. 27 maya qədər olan müddət ərzində şəhərə gələn turist sayı 3 milyonu keçdi. Şəhər tarixində ilk dəfə may ayında gələn turist sayı 3 milyona çatdı.

“Sabah”: “İsveçdə 5 atletimiz yarışacaq”

İsveçin paytaxtı Stokholmda keçiriləcək “Almaz” liqanın üçüncü etabında yarışacaq milli atletlər malum oldu. Türkiyə Atletizm Federasiyasının açıqlamasına görə, Stokholm Olimpiada Stadionundakı tədbirdə Türkiyədən Ramil Quliyev, Yasəmən Can, Aras Kaya, Əli Kaya və Yavuz Can yarışacaq.



Әlaqәli Xәbәrlәr