Türkiyə mətbuatı, 29 may 2019

"Sabah", "Haber Türk", "Yeni Şafak", "Vatan", "Hürriyet" bu gün nələrdən yazır?

1210183
Türkiyə mətbuatı, 29 may 2019

“Sabah”: Ərdoğandan “İstanbulun fəthi” mesajı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 566-cı ildönümü münasibətilə mesaj paylaşıb:

  “İstanbulun 1453-cü ildə fəthi çağ bağlayıb, çağ acır. Fəth siyasi, ictimai və mədəni nəticələriylə dünya tarixinin axışını dəyişdirib və tarixin ən möhtəşəm zəfərlərindən biri olub. Fateh Sultan Mehmetin hümanist və ədalətli rəhbərliyiylə İstanbul fərqli inanc və mədəniyyətlərin bir yerdə yaşadığı bir mərkəz halına gəlib."

“Haber Türk”: Türkiyə Silahlı Qüvvələrindən terrorçulara qarşı geniş hərəkat

  Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində bölücü terror təşkilatı PKK mənsublarının məskunlaşdığı sahələrə hərəkata başlayıb. Quru qüvvələri topçu batareyaları və hava qüvvələri komandanlığına bağlı reaktivlərin atəşləriylə başlayan hərəkata komando briqadaları da qatılıb.

  "Pəncə” əməliyyatı Hakurk bölgəsində terror təşkilatın tərəfindən istifadə olunan mağara və sığınacaqların məhv edilməsi və terrorçuların zərərsizləşdirilməsi məqsədilə aparılır.

“Yeni Şafak”: Hakurka “Pəncə” Kadilə qədər uzana bilər

  Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Hakurk bölgəsinə quru və hava əməliyyatları davam edir. Terrorizmlə Mübarizə və Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar deyib: “Xüsusi təlim keçmiş komandaların qatılığı bu əməliyyatın icra gücünə baxıldığı zaman bunun “uzun nəfəsli” ola biləcəyi görünür. Bu əməliyyat təkcə terrorizmi məhv etmək deyil, son dərəcə əhəmiyyətli bölgədə sahə hakimiyyəti qurmaq mənasına gəlir. “Pəncə” hərəkatının Kandilə qədər uzanmaması üçün bir səbəb yoxdur".

“Vatan”: Çindən Türkiyəyə sərmayələrə davam

  Türkiyə ilə Çin arasında siyasi əlaqələrin inkişafına paralel olaraq Çindən Türkiyəyə sərmayələr sürətlə artır. Enerji, infrastruktur və bankçılıq kimi bir çox sektorda Türkiyəyə sərmayələrini ara vermədən davam etdirən və Çin yenə yeni investisiyalara davam edəcəyini bildirib. Bunu Çin Xarici İşlər Nazirliyi Çin-Türkiyə əlaqələri şöbəsinin müdir köməkçisi Qian Minjian söyləyib.

“Hürriyet”: Türkiyədə ən böyük 500 sənaye qurumu müəyyənləşdi

  İstanbul Sənaye Palatası (İSO) 2018-ci il üçün "Türkiyənin 500 böyük sənaye qurumu”nu açıqladı. Türkiyə Neftayırma Zavodları – TÜPRAŞ istehsal satışlarından 79 milyard lira ilə Türkiyənin ən böyük sənaye qurumu hesab edilib. Avtomobil istehsalçısı “Ford” 31 milyard lira ilə ikinci, “Toyota” isə 23,6 milyard lira ilə üçüncü olub.



Әlaqәli Xәbәrlәr