Türkiyə mətbuatı, 28 may 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1209271
Türkiyə mətbuatı, 28 may 2019

“Star”: “Rusiya: Türkiyə ilə S-500-ləri müştərək istehsal edəcəyik”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilk S-400 hava hücumundan müdafiə sistemi heyətinin iyun ayında Türkiyədə olacağını açıqladı. Türkiyə ilə S-500-ləri də müştərək istehsal edəcəklərini qeyd edən Şoyqu “Tək bir S-500 batareyası belə bütün Türkiyənin hava məkanını xarici hücumlardan qorumağa kifayət edər” dedi. Şoyqu həmçinin, Türkiyənin əlində özünün inkişaf etdirdiyi müasir texnologiyaya malik “Hisar” hava hücumundan müdafiə sistemi batareyalarından da təriflə söz apardı.  

“Vatan”: “Türkiyənin ilk yerli seysmik araşdırma gəmisi”

Açıq dənizlərdə iki və üç ölçülü dərin seysmik qazma işləri apara biləcək qabiliyyətdə göndərmə və manevr sistemlərinə malik ilk yerli seysmik araşdırma gəmisi MTA Oruç Rəis gəmisi Mərmərə dənizinin dibini qarış-qarış tədqiq edir. Dünya miqyasında nadir araşdırma gəmilərindən biri olan Oruç Rəis Şərqi Aralıq dənizində karbohidrogen araşdırma fəaliyyətlərində Türkiyənin əlini daha da gücləndirəcək.

“Haber Türk”: “İstanbul Maliyyə Mərkəzi 2022-ci ildə açılacaq”

Cümhurbaşqanlığı Maliyyə Ofisinin sədri Prof.Dr. Göksəl Aşan İstanbulu maliyyə mərkəzinə çəvirmək istədiklərini bildirərək “İstanbul Maliyyə Mərkəzini 2022-ci ilin əvvəlində açmağı hədəf götürdük” dedi. Dünyada maliyyə mərkəzi olmağı haqq edən bir neçə şəhər varsa birinin İstanbul olduğunu vurğulayan Aşan bu şəhəri çox sürətli şəkildə maliyyə mərkəzinə çevirəcəklərini və 2022-ci ildə mərkəzi xidmətə açmağı planlaşdırdıqlarını qeyd etdi.

“Sabah”: “Antalyada turizmdə bütün zamanların may ayı rekordu qırıldı”

Antalya valisi Münir Karaloğlu bütün zamanların may ayı günlük turist rekordunun qırıldığını açıqladı. Karaloğlu sosial şəbəkə “Twitter” hesabındakı açıqlamada “25 may 2019-cu il tarixində Antalyaya hava yolu ilə 76 min 568 turist gəldi. Bütün zamanların may ayı gün rəkordu qırıldı” ifadələrini işlətdi.

25 may günü Antalyaya xarici xəttlərdən 363 təyyarə eniş etdi. Bu rekordlar artaraq davam edəcək.

“Hürriyət”: “Türkiyənin təbliğatında qastronomiya ön plana çıxacaq”

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy cari ildən sonra artıq Türkiyəni dəniz, qum və günəşlə yanaşı qastronomiyası, tarixi və mədəniyyət əsərlərini də vurğulayaraq tanıdacaqlarını bildirdi. “Qastronomiya bundan sonra təbliğatlarda ilkin planda tutacağımız nöqtələrdən biri olacaq” deyən Ersoy “Bu çərçivədə ciddi fəaliyyətlərimiz olacaq. Məqsədimiz 2023-cü ilədək 70 milyard dollarlıq turizm gəlirini Türkiyəyə qazandırmaqdır” deyə bildirdi.



Әlaqәli Xәbәrlәr