Xarici mətbuat
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

AZƏRTAC: "Boeing 737 MAX” təyyarələrinin uçuşları iyunun sonlarında bərpa oluna bilər"
Trend İnformasiya Agentliyi: "Tramp: Tillerson daş kimi kütdür"
Kaspi.az: "İran bombardmana məruz qalsa belə təslim olmayacaq" Bunu ölkənin prezidenti Həsən Ruhani ABŞ-la yaranan hərbi gərginlik fonunda deyib.
"Welt": "Yunker Almaniya kansleri Angela Merkeli qaçqın böhranındakı roluna görə təqdir etdi"
"Deutsche Welle" (DW): "Avropa Parlamentinə seçkilər başladı"
"Süddeutsche Zeitung" (SZ): "Bosch" işlənmiş qaz qalmaqalı ilə əlaqədar 90 milyon avro məbləğində cərimə ödəməlidir"
"Alsharq Alawsat" (Səudiyyə Ərəbistanı-ingilis dilində): "Sudan parlamentinin müvəqqəti sədr müavini Səudiyyə Ərəbistanına getdi"
"Al-Raya Al-Katariya" (Qətər): "Səudiyyə Ərəbistanı Qətəri işgal edərək təbii qazını müsadirə etməyi planlaşdırdı".
"Al-Hayat" (Livan): "Livan Nazirlər Kabinetində səlahiyyətlər və qərarlar mövzusunda gizli çəkişmələr səbəbindən büdcə təsdiq olunmur"
"Le Parisien" (Fransa): "Mərkəzi Afrika: yeni bir qətliamdan sonra 3 günlük yas elan edildi"
"Le Temps" (İsveçrə): "Avropa Parlamenti seçkiləri / Fəhlə Partiyasının Hollandiyada sürpriz zəfəri"
"Le Figaro" (Fransa): "Təxminən 300 miqrant Liviya sahil təhlükəsizliyi dəstələri tərəfindən xilas edildi"
"El Mundo" (İspaniya): "ABŞ Culian Asancı (Julian Assange) 18 yeni cinayətə görə ittiham etdi, bunlardan biri casusluqda ittihamdır"
"El Periodiquito" (Venesuela): "Kosta Rika prezidenti Karlos Alvarado hərbi yolun Nikaraqua və Venesueladakı siyasi böhranların həll edilməsi üçün bir seçim olmadığını söylədi"
"Expansion" (İspaniya): "İspaniyanın Mərkəzi Bankı ölkənin iqtisadiyyatının borc nisbətinin yüksəldiyini söylədi"
"Lenta.ru" (Rusiya xəbər agentliyi): "ABŞ Rusiyanın ən əhəmiyyətli iqtisadi forumunda iştirak etməkdən imtina edir"
" RİA Novosti" (Rusiya xəbər agentliyi) : "Zelenski istefasını tələb edən imza kampaniyasını bir növ zarafat kimi qəbul etdiyini söylədi"
TASS: "Rusiya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin sabiq müavini Viktoriya Nulanda (Victoria Nuland) viza verilməməsinin səbəbini açıqladı.