Türkiyə mətbuatı, 3 may 2019

Türkiyə mətbuatı bu gün nələrdən yazır?

1194451
Türkiyə mətbuatı, 3 may 2019

“Star”: Türkiyənin strategiyası Avropaya nümunə olmalıdır

  İngiltərənin “The Times” qəzetinin müxbiri Filip Stroud (Philippe Stroud) Türkiyə-Suriya sərhədindəki müşahidələrinə yer verir.

  Türkiyənin 3,5 milyona yaxın suriyalı qaçqına fövqəladə bir qonaqpərvərlik göstərdiyini bildirən Stroud yazır: "Türkiyənin strategiyası Avropaya nümunə olmalıdır... Suriyadakı vətəndaş müharibəsi təxminən 400 min adamın həyatını məhv edib və milyonlarla insanı yerlərindən-yurdlarından didərgin salıb… 20 milyon qaçqının yarısından çoxunun humanitar yardıma ehtiyacı var".  

“Yeni Şafak”: Türkiyənin milli döyüş təyyarəsi ilk dəfə Parisdə nümayiş etdiriləcək

  Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) baş direktoru Temel Kotil deyib: “Milli döyüş təyyarəsinin (Milli Muharip Uçağı) standart ölçülərdə modeli ilk dəfə bu ilki “Paris Air Show”da nümayiş etdiriləcək. Layihənin bütün infrastruktur obyektləri qurulub. Bu, ən böyük layihəmizdir. Artıq Amerika Birləşmiş Ştatları, Rusiya və Çindən fərqimiz qalmayacaq".

“Hürriyet”: Milli Pilotsuz Uçan Aparat – “Anka-S” mobil oyun oldu

  Türkiyə müdafiə sənayesindən bir çox yeni məhsulun nümayiş etdirildiyi “İDEF 19”da fərqli bir ilk yaşandı: milli müdafiə sənayesinin milli Pilotsuz Uçan Aparat olan “Anka-S” mobil hərəkət oyununa çevrilib. “Udo” və “Otto Games” olaraq təxminən 7 aydır hazırlanan “Operasyon Anka” oyunu Ankanın dünyadakı rəqiblərinə qarşı üstün güc və qabiliyyətləri nümayiş etdirir.

“Haber Türk”: Turist Doğu ekspresi 29 mayda ilk səfərinə çıxır

  Turist Doğu ekspresi 120 nəfərlikdir. Yataqlı vaqonlardan ibarət Ankara-Qars qatarı yolu 27 saata tamamlayacaq. Biletlərin qiymətləri ən qısa zamanda açıqlanacaq.

“Sabah”: Qapalı şəraitdə işıqlandırma ilə pomidor yetişdirildi

  Antalyada bir Türkiyə firması şimal ölkələrinin aqrar istehsalda istifadə üçün günəş enerjisi verən “led armatur” istehsal etdi. Heç günəş görməyən istixanaya yerləşdirdikləri “led”lərlə pomidor istehsalına nail olan firma “led armatur”ları Makedoniya, Yunanıstan və Türkmənistana ixrac edib, Rusiya ilə də razılığa gəlib.



Әlaqәli Xәbәrlәr