Türkiyə mətbuatı, 4 aprel 2019

Türkiyə qəzetləri aprelin 4-də hansı mövzulara toxunub?

1176912
Türkiyə mətbuatı, 4 aprel 2019

“Haber Türk”: Türkiyə S-400-lər məsələsində geri addım atmayacaq

  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin Rusiyadan alacağı S-400 hava müdafiə sistemlərinin bitmiş bir müqavilə olduğunu, geri addım atılmayacağını vurğulayaraq deyib: “S-400-lər F-35 döyüş təyyarələri, o cümlədən NATO hərbi sistemlərinə qarşı deyil. F-35 proqramı da Amerika Birləşmiş Ştatlarının Türkiyə, o cümlədən NATO müttəfiqlərinə etdiyi digər hərbi satışlar kimi deyil: Türkiyə F-35 proqramın bir hissəsidir”.

“Star”: Almaniya enerji mövzusunda Türkiyə ilə əməkdaşlıq etmək istəyir

  Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi müşaviri Oliver Uitke (Oliver Wittke) ölkəsinin Türkiyənin ən böyük iqtisadi tərəfdaşı olduğunu bildirərək deyib:

  “Türkiyədə bərpa olunan enerji daha çox gündəmə gəlməyə başlayıb. Bu ölkə ilə enerji sahəsində daha yaxın əməkdaşlıq etmək istəyirik.

  Avropa İttifaqı ilə Türkiyə arasında Gömrük İttifaqı da yenilənməlidir. Müzakirələrinin getdiyi bu məsələdə hər iki tərəfin hərəkət etməsilə azad ticarət yolunda işlər görə bilərik. Türkiyədəki dostlarımızla da bunu danışırıq".

“Sabah”: Rusiya ilə ticarətdə hədəf 100 milyard dollardır

  Türkiyə və Rusiya iqtisadi əlaqələri gücləndirən həmlələrə bir yenisi də əlavə olunur. Türkiyə iyul ayında Rusiyanın Yekaterinburg şəhərində keçiriləcək İNNOPROM Sənaye Sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək. İki ölkə arasında ikitərəfli ticarət 25,7 milyard dollara çatıb, hədəf bu rəqəmi 100 milyard dollara çıxarmaqdır.

  İki ölkə birgə xarici ticarət fəaliyyət planı hazırlayacaq. Bu fəaliyyət planı ilə həm Türkiyə, həm də Rusiya üçüncü ölkələrə, bazarlara birlikdə daşınacaq.

“Hürriyyət”: Türkiyənin quş cənnəti turizmin xidmətinə veriləcək

  Təmiz suları, mənzərəsi, florası və faunası ilə özünə heyran qoyan, 193 quş növünün bəsləndiyi Hatay vilayətinin Kırıkhan rayonundakı Gölbaşı turizmin xidmətinə veriləcək.  

  Hatayın Gölbaşı getdikcə təbiət həvəskarları, fotoqraflar və səyyahların marağını çəkir.

  2018-ci ildə "Milli əhəmiyyətə malik su hövzəsi” qeydiyyatına düşən göl ətraf mühit tənzimləmələrindən sonra turizmin üzünə açılacaq.

  Gölbaşı gölü Hatayda keçiriləcək “EXPO 2021” tədbiri zamanı səfər ediləcək yerlər arasındadır.



Әlaqәli Xәbәrlәr