Türkiyə mətbuatı, 29 mart 2019

"Hürriyet", "Haber Türk", "Sabah", "Vatan", "Star" bu gün nələrdən yazır?

1172849
Türkiyə mətbuatı, 29 mart 2019

“Hürriyet”: Prezident Ərdoğandan sürpriz proqramda parlaq mesajlar

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Colan təpələrinin 1967 müqavilələri ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Suriyaya aid təsdiqlənmiş torpaqlar olduğunu vurğuladı.

  27 martda paytaxt Ankarada Ərdoğanla gənclərin görüşü, bu sual-cavab mübadiləsi “twitter”, “facebook” və “instagram” kimi sosial media hesablarından da canlı yayımlandı.

“Haber Türk”: Leodikyada Roma dövrünə aid 1906 illik heykəl tapıldı

  Türkiyənin Denizli rayonundakı Leodikya antik şəhərində davam edən qazıntı işlərində Roma imperatoru Traianın 113-cü ildə düzəldilən heykəli tapılıb. Nisbət və portret xüsusiyyətləri baxımından tayı-bərabəri olmayan, 356 parça halında üzə çıxarılan, sonradan birləşdirilən heykəlin yanında əlləri arxadan bağlı Dacialı düşmən əsgəri təsvir edilib.

“Sabah”: Antarktidada Türkiyə bazasının yerləşdiyi adada RASAT obyekti

  Antarktidada Türkiyə elmi-tədqiqat düşərgəsinin yerləşdiyi Horseşo (Horseshoe) adası Türkiyənin ilk yerli müşahidə peyki RASAT tərəfindən izləndi. Paylaşılan peyk fotoşəkillərində ada və ətrafının şəklinə dair görüntülər yer alır. RASAT heç bir məhdudiyyət olmadan dünyanın hər yerindən görüntü ala bilir. Əldə edilən görüntülər kartoqrafiya, fövqəladə monitorinq, kənd təsərrüfatı, ekologiya, şəhərsalma və planlaşdırma işlərində istifadə üçün nəzərdə turulur.

“Vatan”: Yerli PUA-lardakı uğur Akıncı hücum PUA-sının istehsalını sürətləndirir

  Pilotsuz Uşan Aparatlarını (PUA) 5-də 1 qiymətinə yerli imkanlarla istehsal edən “Baykar” firması döyüş tipli Akıncı PUA-larını 2019-cu ilin avqustunda test üçün havaya qaldırmağı planlaşdırır.

  Akıncı PUA-ları 1350 kiloqram yük daşımaq qabiliyyətinə malikdir. Yerli proqramla idarə edilən və istehsal olunan Som-A, Cirit, MK-82 və Bozok kimi raketlərlə yanaşı, artıq test mərhələsində olan Akıncı hücumçu Pilotsuz Uçan Aparatları da istifadə ediləcək.

“Star”: THY Türkiyə çayını dünyaya tanıdacaq

  Türkiyə Hava Yollarının (THY) 6 apreldən etibarən yeni mərkəzi olacaq İstanbul Hava Limanında xarici xətlər sərnişinlərinin istifadəsi üçün təsis edilən “CİP Lounge”da Türkiyə çayı üçün xüsusi guşə yaradıldı.

  Dünyanın bir çox ölkəsindən THY sərnişininin gedəcəyi təyyarədə xarici vətəndaşlara Türkiyə çayı tanıtılacaq.

  Qeyd edək ki, bu güşədə yemək-içməklə yanaşı, kitabxana, uşaq oyun və tranzit sərnişinlər üçün yataq otaqları da var.



Әlaqәli Xәbәrlәr