''Çoban salatı'' necә hazırlanır?
Salam hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq.

Salam hörmәtli dinlәyicilәrimiz. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik. Proqaramımızın bu hissәsindә süfrәlәrimizin vaz keçilmәz lәzzәti olan salatlar haqıında danışacağıq. Salat bir neçə soyuq ərzaqların daxil olması ilə yaranan yemək növüdür. Salatın bir neçə növü var. Bunlar yaşıl salatlar; tərəvəz salatları; makaron salatları, taxıl salatları; ət, və ya dəniz məhsulları daxil olmaqla qarışıq salatlar; və meyvə salatlarıdır.
Bu proqramda sizә ‘‘Çoban salatı’’nın reseptini verәcәyik. Türk süfrәlәrdә әn çox rast gәlinәn salat Çoban salatıdır. Bu salatın tәrkibindә tәzә tәrәvәzlәr, göyәrti vә әlavә dad üçün zeytun yağı vә sıxılmış limon suyu olur.
‘‘Çoban Salatı’’nın resepti belәdir:
4 ədəd pomidor
2 ədəd xiyar
3 ədəd yaşıl bibər
1 ədəd soğan
½ dәst doğranmış təzə cəfəri
5 xörək qaşığı zeytun yağı
Yarım limonun şirәsi
½ çay qaşığı duz
Hazırlanma qaydası belәdir:
Tәrәvәzlәrin qabıqlarını tәmizlәyib yuyun. Pomidoru, xiyarı vә bibәri xırda-xırda doğrayın. Soğanı ikiyә bölün vә yarım ay şәklindә doğrayın. Göyәrtini tәmizlәyib yuduqdan sonra xırda doğrayın. Orta ölçülü boşqaba doğradığınız tәrәvәzlәrin üzәrinә duz, zeytun yağı vә limon şirәsini әlavә edin. Nuş olsun!
Әlaqәli Xәbәrlәr

Trabzondakı Ayasofya muzeyinin bərpasının 2020-ci ildə tamamlanaraq yenidən açıldığını bilirsinizmi?
Ayasofya 1958-1962-ci illər arasında bərpa edilərək, 1964-cü ildə muzey olaraq ziyarətə açılmışdır.