"Soyuq şorba" kimi də tanınan ayran aşı necə hazırlanır?

Bunlardan biri ayran aşı şorbasıdır. Bu gün sizə həm də "soyuq şorba" kimi tanınan ayran aşının tərifini veririk.

"Soyuq şorba" kimi də tanınan ayran aşı necə hazırlanır?

  İstəkli yemək və yeməkbişirmə həvəskarları, südün mayalanması nəticəsində yaranan qatığın, Türkiyə türkcəsi və başqa dillərdə adlanan yoğurtun Türkiyə mətbəx mədəniyyətində xüsusi yeri var. O, bəzən yeməklərin üstündə, bəzən xörəklərin əsas ləvazimatı, bəzən də suda həlledilib içilən ayran şəklində qarşımıza çıxır. Yəqin ki, qatıq dünyaya türklərin sayəsində yayılıb, onun bir çox dillərdə "yoğurt" adlanması məhz türkcədən keçib.

  Dünyada XIX əsrdən etibarən yayılmağa başlayan bu faydalı qida ümumtürk mətbəxində əsrlərdir vardır. Elə buna görə türk mətbəxində qatıqla bağlı çox yemək növü yer alır. Bunlardan biri ayran aşı şorbasıdır. Bu gün sizə həm də "soyuq şorba" kimi tanınan ayran aşının tərifini veririk. Əsas ləvazimatı qatıq, buğda və noxud olan, bişirilmədən hazırlanan, soyuq içilən bu şorba isti yay günləri üçün çox faydalı yeməkdir.

  Ayran aşı şorbasını hazırlamaq üçün nələr lazımdır, sadalayaq:

  • Yarım (½) stəkan noxud,
  • 1 stəkan buğda,
  • 3 stəkan qatıq,
  • 5 stəkan su,
  • 1 çay qaşığı quru və ya təzə nanə,
  • zövqə görə duz və istiot.

   İndi isə ayran aşı şorbasını hazırlamağa başlayaq. Buğda və noxudu gecədən isladıb saxlayın. (Əgər hazır qaynadılmış noxudunuz varsa, elə onu istifadə edə bilərsiniz.) Ertəsi gün buğda və noxudun suyunu süzün, yuyun və üzərini keçəcək qədər su töküb qaynadın, buğda və noxudlar yumşalana qədər bişirin. Bişdikdən sonra kənara qoyun ki, soyusun.

  Bu arada duz, istiot, soyuyan buğda və noxudları qatığa əlavə edib qarışdırın, sonra soyuducuya qoyun. Soyuduqdan sonra isə üstünə quru, ya təzə nanə, ya da şüyüd töküb süfrəyə gətirin. Nuş olsun.



Әlaqәli Xәbәrlәr