Soyuq qəlyanaltı - "zeytinyağlı fasulye”nin hazırlanması

Türkiyə mətbəxi silsiləsindən bugünkü yemək reseptimiz "zeytinyağlı fasulye”, yəni zeytunyağlı lobyadır.

Soyuq qəlyanaltı - "zeytinyağlı fasulye”nin hazırlanması

 

  Türkiyə mətbəxi silsiləsindən bugünkü yemək reseptimiz "zeytinyağlı fasulye”, yəni zeytunyağlı lobyadır.

  Xatırladaq ki, Türkiyə mətbəxində ətsiz olaraq və zeytun yağı ilə bişirilən, soyuq qəlyanaltı sırasına daxil olan bütün yeməklərə "zeytinyağlı yemek" deyilir. Yəni burada “zeytun” sözü yeməyin sadəcə hansı yağla hazırlandığı anlamına gəlmir, əsasən növünə işarə edir. Demək olar ki, hər hansı tərəvəz və paxla yeməkləri “zeytinyağlı yemek”lər sırasına aiddir. Xüsusilə isti havalarda zeytinyağlı yeməklər Türkiyə mətbəxində əsas, yəni isti xörəyin yanında çərəz kimi yeyilir. Beləliklə, bu gün sizə "zeytinyağlı fasulye”nin hazırlanma qaydasını təqdim edirik.

  "Zeytinyağlı fasulye”, yəni zeytunyağlı lobya hazırlamaq üçün bizə nələr lazımdır?  

  • Yarım (½) kilo təzə, yəni yaşıl lobya,
  • 2 ədəd orta boyda soğan,
  • 4 ədəd orta boyda pomidor,
  • yarım (½) stəkan zeytun yağı,
  • 2-3 diş sarımsaq,
  • yarım (½) stəkan su,
  • bir az şəkər və zövqə görə duz,

  Zeytun yağlı yaşıl lobyanı bişirməyə başlayaq.

  Əvvəlcə lobyaları yuyun, bıçaqla uçlarını və kənarında sərt sapları varsa, onları kəsin, iki hissəyə bölün. Qazana doğranmış soğan, üzərinə lobya və bunun da üstünə rəndələnmiş pomidorları yerləşdirin. Bu şəkildə yenidən soğan, lobya və pomidoru qat-qat olmaqla qazana yığın. Sonda incə doğranmış sarımsağı, şəkər və duzu üzərinə səpin. Yarım stəkan suyu yeməyin üstünə tökdükdən sonra qazanın qapağını örtün və zəif odda 20-30 dəqiqə bişirin. Paxlalar yumşaldıqdan sonra yeməyi qazın üzərindən götürün. Artıq “zeytunyağlı fasulye”miz - zeytun yağlı yaşıl lobyamız hazırdır, onu otaq temperaturunda və ya soyuq halda yeyə bilərsiniz, nuş olsun!



Әlaqәli Xәbәrlәr