‘‘Elbasan tava’’ necә hazırlanır

‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti  hissәsi ilә qarşınızdayıq.

‘‘Elbasan tava’’ necә hazırlanır

                    

 Tarix boyu müxtәlif sivilizasiyalara ev sahibliyi edәn Anadolu köklü tarixә  vә mәdәni zәnginliklәrә malikdir. Bu әlbәttә Türkiyə mәtbәx mәdәniyyәtinә dә tәsir göstәrib. Bu sәbәblә dә Türkiyə mәtbәxindә müxtәlif yemәk növlәri ilә qarşılaşa bilәrsiniz.

Cənub-Şərqi  Anadolu bölgәsindә daha ədviyyatlı, tomatlı yeməklər bişirilir. Bu sıradan bu hәftә sizә ‘‘Elbasan tava’’ yemәyinin  reseptini verәcәyik.

‘‘Elbasan Tava’’ yemәyinin  resepti belәdir:

4 xörәk qaşığı kәrә yağı

2 xörәk qaşığı duru yağ

1 kq sümüklü quzu әti

10 әdәd kiçik soğan

½ çay qaşığı duz

2 su stәkanı qatıq

2 әdәd yumurta sarısı

¾ su stәkanı un

1 çay qaşığı qırmızı bibәr

½ çay qaşığı istiot

1 çay stәkanı su

Hazırlanma qaydası:

Kәrә yağını vә duru yağı qazana tökün vә әtlәri qovurun. Әt qovrulduqdan sonra kiçik soğanları әlavә edin. Daha sonra su vә duzunu  әlavә edib bir saat da  bişirin. Әtlәr pişәrkәn qatıq, yumurta sarısı, un  vә suyu  başqa bir qabda qarışdırın. Daha sonra bişәn әti vә soğanı soba sinisinә tökün. Әtin üzәrinә pul bibәr vә istiot әlavә edә bilәrsiniz. Hazırladığınız qatıqlı sousu  әtin üzәrinә gәzdirin.Yemәyi  әvvәlcәdәn isidilmiş sobada  25 dәqiqә dә bişirin. Nuş olsun!



Әlaqәli Xәbәrlәr