Bulğur aşı şorbası

Türkiyənin mətbəx mədəniyyətində şorbaların xüsusi yeri vardır.

Bulğur aşı şorbası

 Türkiyənin mətbəx mədəniyyətində şorbaların xüsusi yeri vardır. Varlı, və ya kasıb, fərqi yoxdur, hər süfrənin ən vazkeçilməz yeməyidir şorba. Günorta və axşam yeməklərində olduğu kimi, səhər qəlyanaltısında da şorba içmək olduqca geniş yayıllıb Türkiyədə. Türk mətbəxində sulu, ya da qatı, içərisində dənələri olan, və ya olmayan, soyuq, və ya isti- isti yeyilən bir çox fərqli şorba növü var.   Onlardan biri  də Bulğur aşı şorbasıdır. Türk mətbəxində geniş istifadə edilən bulğur əslində, buğdanın qırılmış, parçalanmış formasıdır, yarmadır. Bulğur aşı şorbasında da adından  göründüyü kimi, bulğurdan istifadə edilir. Bulğur aşı şorbası bişirilməsi asan olan ləzzətli və gözəl şorbadır.

Hazırsanızsa, resepti yazın.

Bulğur aşı şorbasını bişirmək üçün lazım olan ərzaqlar bunlardır:

 2 ədəd baş soğan;

 250 qr qiymə;

 1 yemək qaşığı kərə yağı;

 1 yemək qaşığı bibər pastası;

 1 stəkan iri dənəli bulğur;

 6 stəkan ət bulyonu;

 1 stəkan qaynadılmış noxud;

 1 ədəd portağalın rəndələnmiş qabığı;

 1/2 stəkan portağal suyu;

 duz, istiot.

İndi isə Bulğur aşı şorbasını bişirək.

Əvvəl soğanları incə-incə doğrayın və kərə yağında qovurun. Daha sonra bibər pastasını və qiyməni əlavə edin. Bunları birlikdə beş dəqiqə də bişirin. Qiymənin rəngi tündləşdiyində qaynadılmış noxudu, portağal suyunu, rəndələnmiş portağal qabığını və bulğuru  əlavə edin. Üstünə ət bulyonunu da tökərək, şorbanı qaynadın. Şorba qaynayan zaman duzu və istiotu əlavə edin. Bir az da qaynadın. İstəsəniz, üzərini incə doğranmış nanə  ilə bəzəyərək süfrəyə verin.

Nuş olsun!

 



Әlaqәli Xәbәrlәr