''Mutancana’’ necə hazırlanır?

‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti  hissәsi ilә qarşınızdayıq.

''Mutancana’’ necə hazırlanır?

 

‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti  hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Osmanlı mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

Osmanlı-Türk  mətbəxi dünyanın ən qədim, zәngin  və dadlı mətbəxlərindən biridir. Bunu Türkiyәnin qonağı olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Bu gün Amerikadan Çinәdәk, Rusiyadan Afrikayadәk dünyanın çox sayda bölgәsindә Osmanlı mәtbәxinin izlәrini görmәk mümkündür.

Әziz dinlәyicilәr bu hәftә sizә müxtәlif meyvә növlәri ilә  hazırlanan ‘‘Әtli Mutancana’’ yemәyinin reseptini verәcәyik.

‘‘Әtli Mutancana’’ yemәyinin resepti belәdir:

800 gram qoyun әti

100 gram xırda doğranmış soğan

50 gram badam

50 gram әrik qurusu

50 gram gavalı qurusu

50 gram әncir qurusu

2 xörәk qaşığı kәrә yağı

2 xörәk qaşığı bal

2 su istәkanı ilıq su

2 çay qaşığı sumaq

Zövgә görә duz.

Hazırlama qaydası:

Orta ölçülü qazanda kәrә yağını әridin. Yağın üzәrinә 800 gram qoyun әtini әlavә edin vә qovurun. Xırda-xırda doğranmış soğanları әtә әlavә edib 3 dәqiqә әrzindә qovurun. Daha sonra ilıq suyu әlavә edib 45 dәqiqә әrzindә bişirin. Әn son gavalı,  bal vә duzunu әlavә edin. Başqa bir qazanda badam, әrik vә әnciri qovurun. Qovrulmuş meyvә qurularını әtә әlavә edin vә bir neçә dәqiqә bişirmәyә davam edin. Nuş olsun!!!



Әlaqәli Xәbәrlәr