“Sulu köfte” necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə köfte təqdim edirik.

“Sulu köfte” necə hazırlanır?

  Türkiyə mətbəxinin vazkeçilməz ləzzətlərindən biridir köfte.

  Çəkilmiş ətin ədviyyatlarla qarışdırılıb bişirilməsiylə hazırlanan köftenin Türkiyədə 300-ə yaxın növü var və hər bölgədə özünəməxsus və öz adıyla deyilir.  

  Bu gün sizə bir qazan yeməyi olan "sulu köfte" tərifi verəcəyik. Anadolunun ləziz yeməklərindən biri olan, həm evdə, həm restoranlarda bişirilən "sulu köfte".

  Sulu köfte üçün bizə nələr lazımdır, əvvəlcə onları sadalayaq.

  • 300 qram çəkilmiş ət,
  • 1 ədəd ağ soğan,
  • 1-2 diş əzilmiş sarımsaq,
  • 1 stəkan incə parçalanmış yarma (bulqur),
  • 1 çay qaşığı duz,
  • çay qaşığının dörddə biri (¼) qədər qara bibər,
  • çay qaşığının dörddə biri (¼) qədər zirə,
  • çay qaşığının dörddə biri (¼) qədər qırmızı bibər,
  • 2 ədəd kartof,
  • 2 qaşıq un,
  • 2 qaşıq pomidor tomatı (və ya sousu).

  İndi isə başlayaq sulu köfteni bişirməyə.

  Əvvəlcə çəkilmiş ətin üzərinə yarma, əzilmiş sarımsaq, ədviyyatları və duzu əlavə edərək yaxşıca yoğurun. Yoğurulmuş ət qarışığını 15 dəqiqə saxlayın, sonra ondan kiçik parçalar qoparıb ovcunuzda yumrulayaraq təxminən iki santimetr diametrində kiçik toplar edin.

  Unu böyük bir nimçəyə tökün. Köfte toplarını nimçəyə qoyun. Sonra nimçəni oynadaraq unun bütün köftelərə yayılmasını təmin edin.

  Bundan sonra geniş bir qazanda kiçik doğranmış soğanları maye yağda 3-4 dəqiqə qovurun. Yumşalan soğanlara tomat, duz və kiçik kvadratlar şəklində doğradığınız kartofları əlavə edərək bir 2 dəqiqə də qovurmağa davam edin. Sonra qazana isti su əlavə edərək kartofların bir az yumşalması üçün 10 dəqiqə bişirin. Kartoflar yarımbişmiş olunca üstünə unlanmış köfte toplarını əlavə edin. Qazanın qapağını bağlayın, orta atəşdə təxminən 15 dəqiqə bişirdikdən sonra üzərinə quru kəklik və ya quru nanə səpərək süfrəyə verə bilərsiniz. Nuş olsun.


Etiketlәr: Sulu köfte

Әlaqәli Xәbәrlәr