Qaziantep

‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә misilsiz mәdәni zәnginliklәri ilә diqqәtlәri cәlb edәn Qaziantep şәhәrini daha yaxından tanıdacağıq. Qaziantep  şәhәri cәnub-şәrqi Anadolu bölgәsindә yerlәşir.

1218048
Qaziantep

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә misilsiz mәdәni zәnginliklәri ilә diqqәtlәri cәlb edәn Qaziantep şәhәrini daha yaxından tanıdacağıq. Qaziantep  şәhәri cәnub-şәrqi Anadolu bölgәsindә yerlәşir.

Qaziantep şәhәri tarix boyu Anadoluda qurulan bütün dövlәtlәr üçün әhәmiyyәtli mәrkәzlәrdәn biri olub. Şәhәr  Roma İmperiyası bölündüyündә Şәrqi Roma sәrhәdlәri daxilindә qalıb. Şәhәr İslam dini yayılmağa başladıqdan sonra isә Abbasilәrin nәzarәtinә keçib.

Qaziantep vә әtrafı 1067-ci ildә Türklәrin nәzarәtinә keçib . Bölgә 13-cü yüzilin ortasında Monqolların işğalına mәruz qalıb. Bölgәdә sabitlik Osmanlı rәhbәrliyi dövründә tәmin olunub. Şәhәr  Birinci Dünya müharibәsindәn sonra işğal edilsә dә aparılan amansız  mübarizә nәticәsindә yenә Türklәrin nәzarәtinә keçib.

 

 

Qaziantep müxtәlif sivilizasiyalara ev sahibliyi edәn nadir şәhәrlәrdәndir. Bölgәdә yaşamış bütün sivilizasiyalarını izlәrini müşahidә etmәk  mümkündür. Qaziantepdәki  tarixi әsәrlәrin müxtәlifliyi şәhәrin mәdәni zәnginliyinin göstәricisidir. Bölgә tarixi qalaları ilә mәşhurdur. İnşası 2-ci yüzildә başlayan tarixi ‘‘Qaziantep qalası’’nın Anadolu bölgәsinin әn ehtişamlı qalalarından biri olduğu deyilir. Bölgәdәki ‘‘Araban’’, ‘‘Rumkale’’ vә ‘‘Tilbaşar’’ qalaları da bölgәyә gәlәn turistlәrin diqqәt mәrkәzindәdir. Qaziantepin Araban qәsәbәsindә Roma dövrünә aid üç abidә mövcuddur.

Osmanlı dövründә bölgәdә yaşayan xristianlara xidmәt edәn  kilsәlәr dә şәhәrin siluetinә öz damğasını vurub.

1200-cü ilin әvvәlindә inşa edilәn Әli Nacar vә  Ömәriyyә mәscidlәri, 16-cı yüzildә inşa edilәn Şeyx Fәtullah mәscidi vә kompleksi, Eyupoğlu vә  Әlibәy mәscidlәri  vә 17-ci yüzildә inşa edilәn Şirvan vә Qurtuluş mәscidlәri şәhәrә öz damğasını vuran әsәrlәrdәndir.

 

Qaziantepdә Sәrcuqlu vә Osmanlı memarlıq üslubu ilә inşa olunan çox sayda karvansara mövcuddur. Hışva, Anadolu, Beyaz, Budeyri, Buğday, Gümrük, Şәkәr, Tuz, Tütün karvansaraları yüzillәr boyu ticarәt mәqsәdilә istifadә olunub.

Qaziantepdә Osmanlı hakimiyyәti  dövründә inşa edilәn hamamların bәzilәri günümüzdә dә öz fәaliyyәtini davam etdirir.

 

Qaziantepdә ziyarәt edә bilәcәyiniz әn önәmli tarixi mәkanlardan biri dә şübhәsiz ki, Zeuqma antik şәhәri vә  muzeyidir.

Zeuqma antik şәhәri günümüzdәn 2300 il әvvәl Fәrat çayının sahillәrindә Böyük İsgәndәrin generallarından biri olan  Selefkos tәrәfindәn qurulub. İran- Mesopotamiya- Anadolu arasında önәmli ticarәt mәrkәzinә çevrilib. Şәhәrin əhəmiyyəti romalılar hakimiyyәtә keçdikdәn sonra daha da artıb. Şәhәrә Zeuqma adı verilib, yәni körpü. Şәhәr hәqiqi mәnada da hәm Fәrat çayının hər iki tәrәfini, hәm dә şәrq ilә qәrbi bir birinә bağlayan körpü xarakteri daşıyır. Ticarәt yolları üzәrindә yerlәşәn şәhәr sürәtlә inkişaf etməyə başlayıb. Helen vә Fars mәdәniyyәtinin hökm sürdüyü bölgә təbii olaraq Roma mәdәniyәtini mәnimsәyib.

Həmin dövrdə bütün bədii konsepsiya, şəhər quruculuğu sürətlə dəyişməyə başlayıb. Roma imperiyasının hər yerində qarşılaşdığımız böyük sütunlu bir həyət və onun ətrafına yerlәşәn otaqlar burda da öz әksini tapıb. Roma hakimiyyәti dövründә Fәrat çayının әtrafında yerlәşәn tәpәlәrdә eyvanlı villa tәrzi evlәr inşa edilib. Bu villalar bir-birindәn gözәl mozaikalar ilә bәzәdilib.

 

Zeuqma antik şәhәrinin mövcudluğu uzun illәrə gedib çıxır. Lakin bir kәndlinin tarlasında tapılan mozaika Qaziantep muzeyindәki arxeoloqların diqqətini daha çox cəlb edib. Zeuqma şәhәrinin üçdә bir hissәsinin mozaikaların su altında qalmaması üçün arxeoloji qazıntılara başlanılıb. Bu vәziyyәt dünya arxeoloqlarının və Beynəlxalq ticarət təşkilatlarının diqqətini cәlb edib. Bu çәrçivәdә kampaniyalar hәyata keçirilib. Bu kampaniyalar sayәsindә әldә olunan gәlirlә sürәtlә qazıntı işlәri başlayıb.

Aşkara çıxarılan mozaika nümunәlәri bütün dünyanı hәyәcanlandırıb. Qazıntı işlәri nәticәsindә aşkarlanan mozaikalar vә tarixi әsәrlәr Qaziantepdә böyük mozaika muzeyının yaranmasına sәbәb olub.

2011-ci ildә ziyarәtә açılan vә dünyanın әn böyük mozaika müzeyi statusuna malik olan Zeuqma müzeyi Türkiyәnin әn müasir muzeylәrindәn biridir.

Sözsüz muzeyin әn möhtәşәm әsәri Qaraçı qız mozaikasıdır. Xüsusi bölmәdә nümayiş etdirilәn bu möhtәşәm әsәr baxışları ilә sizi ovsunlayacaq.

Dünyanın әn böyük mozaika müzeyini gәzib , görmәk üçün sizi Qaziantepә Zeuqma muzeyinә dәvәt edirik.


Etiketlәr: #Qaziantep

Әlaqәli Xәbәrlәr