Sinop

‘‘Türkiyədә turizm’’ verilişindә bu hәftә sizә  Anadolunun   şimalında yerləşən və təbiəti vә  tarixi ilә maraqları cәlb edәn  Türkiyәnin Sinop şәhәrini tanıdacağıq.

1201653
Sinop

 

 

Salam hörmәtli dinlәyicilәrimiz. ‘‘Türkiyədә turizm’’ verilişindә bu hәftә sizә  Anadolunun   şimalında yerləşən və təbiəti vә  tarixi ilә maraqları cәlb edәn  Türkiyәnin Sinop şәhәrini tanıdacağıq. 

 

Sinop Qara dәnizin  sahilində, şimala doğru uzanan Boztəpə burnu və yarımadası üzərində yerləşir. Sinop şәhәrinin Antik dövrdә koloniya  olaraq qurulduğu güman edilir.

Şәhәrin quruluşu ilә bağlı müxtәlif  evsanәlәr var. Әfsanәyә görә  Baş Olimp tanrısı Zevs  Çay tanrısının gözәlliyi ilә mәşhur qızı Sinopeyә aşiq olur.  Zevsdәn xilas ola bilmәyәcәyini anlayan Sinopiyә onun qarşısında şәrt qoyur.

Qızın әxlaqlı davranışından razı qalan Zevs  onu Qara dәniz sahillәrindә yerlәşәn Sinopa gәtirir.

Sinop şәhәri  ziyarətçilərini  unikal təbii gözəllikləri və tarixi əsərləri ilə qarşılayır. Sinopun Hamsilos bölgәsi Türkiyәnin әn şimal nöqtәsi hesab olunur.

Sinop şәhәri Hitit  dövründәn etibarәn çox  hakimiyyәt dәyişikliklәrinә mәruz qalır. Şәhәr böyük qüvvәlәrin müharibә vә işxallarına sәhnә olur. Bura gәlәn mәşhur sәrkәrdәlәrdәn  biri dә Böyük İsgәndәr olub.

Böyük İskəndər hökmranlığı dövründə şəhər  elmi vә mәdәni cәhәtdәn inkişaf edib.

Böyük İsgәndәr  burda Antik dövrün  mәşhur mütәfәkkiri Sinoplu Diogenesi  ziyarәt  edir. Onun  çәllәyin içindә yaşadığını görәn Böyük İsgәndәr kәdәrlәnir ‘‘istәdiyini dilә mәndәn’’ deyir.  Sinoplu Diogen Böyük İsgәndәrә  belә cavab verir: ‘‘Kölgә etmә  başqa heçnә istәmirәm’’ . Sinoplu Diogenes özünü açıq şəkildə ictimai əxlaqa qarşı qoyan adam olmuşdur. O, mәdәniyyәtin içindә mәdәniyyәtdәn uzaq yaşamağa çalışmışdır.

 

Sinop  Roma və Şərqi Roma hakimiyyətindən sonra 11-ci yüzildә   Anadoluya gələn Türklər tərəfindən fəth edilir.  Sәlcuqlu dövlәti  bölgәyә böyük әhәmiyyәt verib.  Şәhәr mәrkәzindә yerlәşәn  bәzi kilsәlәr  mәscid olaraq istifadә edilib. Şәhәrdә Alaaddin  mәscidi basda olmaqla  çox sayda İslami әsәr yaradılır. Yarımadanın hәr  iki tәrәfindә  olan girişlər gəmilər üçün təbii  liman xüsusiyyəti daşıyır. Şәlcuqlu dövründә inşa edilәn  qala  eyni zamanda tәrsanә olaraq istifadә edilib. Uzun illәr tәrsanә olaraq fәaliyyәt göstәrәn qala  Osmanlı İmperiyasının son dövrlәrindә  hәbsxana olaraq istifadә edilib. Qala olduğu  dövrlәrdә  burdan sadәcә iki nәfәr qaça bilmişdir.  Qala hazırda müzey olaraq fәaliyyәt göstәrir.

 

Türkiyәnin әn şimal nöqtәsindә yerlәşәn İncәburun Dәniz Mayakı 19-cu әsrin ortalarından etibarәn gәmilәrә yol göstәrir.

Boyabat qәsәbәsindәki Bazalt qayalıqları turistlәrin diqqәt mәrkәzindәdir. Bölgәnin tәbiәtinә isә söz ola bilmәz.

Türkiyә Statistika İdarәsinin göstәricilәrinә әsasәn,  Sinop Türkiyәnin әhalisinin  әn çox  xoşbәxt hiss etdiyi şәhәrdir.

Çox sayda tarixi abidәyә ev sahibliyi edәn Sinop  öz ziyarәtçilәrinin yolunu gözlәyir.


Etiketlәr: #Sinop

Әlaqәli Xәbәrlәr