Afrodisyas

‘‘Türkiyənin turizm’’ verilişindә bu həftə sizə Afrodisyas antik şәhәrini tanıdacağıq.  Antik şәhәr Türkiyәnin Ege  bölgәsinin Aydın şәhәrinin Geyre kәndindә yerlәşir.

1193081
Afrodisyas

                  

‘‘Türkiyənin turizm’’ verilişindә bu həftə sizə Afrodisyas antik şәhәrini tanıdacağıq.  Antik şәhәr Türkiyәnin Ege  bölgәsinin Aydın şәhәrinin Geyre kәndindә yerlәşir.  

Antik şәhәr  Afroditaya yәni  yunan mifologiyasına görә  gözəllik ilahəsinә həsr edilib.

Antik şәhәr  Helenistik və Roma dövründə böyük әhәmiyyәt qazanıb. Xüsusilə heykəltəraşlıq sənətində çox uğurlu olan şəhər dünyanın dörd bir tәrәfinә  heykəltaraşlar və heykəllər göndərirdi. Roma İmperatoru Augustus şәhәr üçün "Asiyada bu şəhəri özüm üçün seçdim" – sözlәrini deyib.

Karya bölgәsinin paytaxtı  mövqeyində olan şəhər bir-birindən maraqlı abidələri,sütunlu Aqorası, Tetrapilon yәni dördlü qapı adlanan monumental qapısı vә  stadionu ilә diqqәtlәri cәlb edirdi. Şəhər Afrodita məbədi və ona həsr edilmiş təntənəli mərasimlərlə tanınır.

Mәlumata әsasәn, antik şәhәr tәsadüf nәticәsindә kәşf edilib. Antik şәhәr   1959-cu ildә  başladılan  arxeoloji tәdqiqatlar nәticәsindә  ışıq üzünә çıxarılır. Şəhərin ən mühüm tarixi əsəri  Afrodita məbədidir.

İnşası  E.Ә. 1-ci yüzüldә başlayan mәbәd  Anadoluya mәxsus  İonik  tərzi sütun formasında hazırlanıb.

Antik şәhәrin  inşası  E.Ә. 130-cu ildә Roma İmperatoru Hadrianın göstәrişi ilә  müqəddəs sahəni əhatə edən divarları tikilәrәk  tamamlanıb. Məbədin  yalnız keşişlərin girdiyi müqəddəs hissәsindә  Afroditanın böyük  heykəli var idi. Məbəd 5-ci yüzilllәrdә xristianlığın təsiri ilə kilsəyə çevirilib vә  o dövrlәrdә  tikiliyә ciddi ziyan dәyib.

Afrodisyas heykəl sənəti vә üslubu  baxımından  böyük əhəmiyyətə malikdir.

Tarix boyu mühüm heykəltəraşların vətəni olan bu torpaqlar günümüzdə də müxtəlif  heykəltәraşlıq  simpoziumları və tәdbirlәrә ev sahibliyi edir.

Afrodisyas antik şəhərində Amirakalı, İngiltәrәli və Türk arxeoloqların hәyata keçirdiklәri arxeoloji tәdqiqatları  nәticәsindә aşkar edilәn әsәrlәr günümüzdә   Afrodisyas muzeyində nümayiş etdirilir.

Antik şәhәr 2017-ci ildә YUNESKO-nun mәdәni irslәri siyahısına daxil edilib.

Çox sayda tarixi abidәyә ev sahibliyi edәn Afrodisyas  öz ziyarәtçilәrinin yolunu gözlәyir.


Etiketlәr: #Afrodisyas

Әlaqәli Xәbәrlәr