Cumalıkızık kәndi

Salam hörmәtli dinlәyicilәrimiz. ‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә Türkiyәnin Mәrmәrә bölgәsindә yerlәşәn vә tarixi evlәri ilә mәşhur olan Cumalıkızık  kәndindәn söhbәt açacağıq.

1181609
Cumalıkızık kәndi

 

 ‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә Türkiyәnin Mәrmәrә bölgәsindә yerlәşәn vә tarixi evlәri ilә mәşhur olan Cumalıkızık  kәndindәn söhbәt açacağıq.

Cumalıkızık kәndi 2014-cü ildә Bursa ilә birlikdә YUNESKO-nun dünya irslәri siyahısına daxil edilib. Cumalıkızık Osmanlı İmperiyasının qurulmasına şahidlik etmiş nadir kәndlәrdәn biridir.

Türkiyәnin  Osmanlı İmperiyasının yarandığı, YUNESKO-nun dünya irsi siyahısına daxil olduğu  Bursa şәhәrindә  altı tarixi abidә  yerlәşir. Bunlar Orhanqazi Kompleksi, Xanlar bölgәsi, Hüdaverdigar Kompleksi, Yıldırım Kompleksi, Yaşıl Kompleks, Muradiyyә Kompleksidir.  Şәhәrin sәrhәdlәrindә olan Cumalıkızık  da  Bursanın YUNESKO-nun dünya irsi siyahısına daxil olmasına sәbәb olan tarixi kәndidir.

Osmanlı İmperiyasının ilk paytaxtı olan Bursa şәhәri  XIV әsrin әvvәlindәn etibarәn sosial, mәdәni vә ticari baxımdan inkişaf edib.

Osmanlı dövründә şәhәrdә onlarla mәscid, mәdrәsә, türbә, karvansara, hamam, xәstәxana vә müxtәlif  tikili inşa olunub.

Bursa şәhәri daha sonra qurulan Osmanlı-Türk şәhәrlәrinә nümunә olub.

Osmanlı İmperiyası dövründә şәhәrdә inşa olunan bir-birindәn gözәl tarixi abidәlәr ziyarәtçilәrin diqqәtlәrini cәlb edir.

Bursa şәhәr mәrkәzinә 13 kilometr mәsafәdә yerlәşәn Cumalıkızık kәndi әnәnәvi hәyat tәrzini günümüzdә dә quruyub saxlamaqdadır. Kәnddәki tikililәr Osmanlı memarlıq üslubu ilә inşa olunub. Kәnd özünәmәxsus evlәri, memarlıq üslubu vә möhtәşәm küçәlәri ilә turistlәrin diqqәt mәrkәzindәdir.

Cumalıkızık kәndini  hәr il minlәrlә yerli vә xarici turist ziyarәt edir. Kәndlilәr becәrdiklәri mәhsulları kәnd meydanında satırlar.

Bu gün Bursanı ziyarәt edәn turistlәrә Türk mәtbәxinin lәziz yemәklәri vә şirniyyatları tәqdim olunur.

Әziz dinlәyicilәr  Bursa şәhәri  vә Cumalıkızık  kәndi öz ziyarәtçilәrinin yolunu gözlәyir.



Әlaqәli Xәbәrlәr