Ksantos

“Türkiyәdә turizm’’ verilişindә bu hәftә sizә  Türkiyәnin Aralıq dәnizi sahillәrindәki antik şәhәr Ksantos vә ondan 4 kilometr mәsafәdә yerlәşәn  dini mәrkәz  Letonu daha yaxından tanıdacağıq.

1167133
Ksantos

                                    

“Türkiyәdә turizm’’ verilişindә bu hәftә sizә  Türkiyәnin Aralıq dәnizi sahillәrindәki antik şәhәr Ksantos vә ondan 4 kilometr mәsafәdә yerlәşәn  dini mәrkәz  Letonu daha yaxından tanıdacağıq.

 

Ksantos Fәthiyәyә 40 kilometr mәsafәdә Esen çayının әtrafında yerlәşir. 1988-ci ildә YUNESKO-nun mәdәni irsi siyahısına daxil edilәn bu şәhәr uzun müddәt Likiya dövlәtinin paytaxtı olub.

Ksantos şәhәri E. Ә. 3000-ci ildә qurulub. Şәhәrin әhalisi Lik dilindә danışırdı.

E.Ә 545-ci ildә Fars suverenliyinәdәk müstәqil olan Likiya çox sayda tarixi әsәrә sahib olub. Bundan yüz il sonra şәhәr farslar tәrәfindәn müasirәyә alınıb. O dövrlәrdә şәhәrin tamamilә yandığı deyilir. Ancaq daha sonra ksantoslular geri qayıdaraq şәhәri yenidәn qurub vә burda yaşamağa davam edib. Yanğından sonra yenidәn inşa edilәn şәhәr E.Ә. 2000-ci ildә Likya Birliyinin paytaxtı olub.

Buna oxşar hadisә isә tәxminәn 400 il sonra Roma dövründә yaşanıb.

 

Şәhәr Romanın nәzarәtinә keçdikdәn sonra Roma şәhәrinә bənzəməyə başlayıb. Roma dövründә inşa edilәn antik teatr 5 min nәfәrin eyni anda tamaşanı izlәmәsini tәmin edirdi.

Xristian dini qәbul olunduqdan sonra şәhәrdә bir neçә kilsә də inşa edilir.Antik şәhәrdә yan yana inşa edilmiş üç mәbәd dә ziyarәtçilәrin diqqәtlәrini cәlb edir.

Antik teatr vә agoralar hazırda turistlәr tәrәfindәn әn çox ziyarәt edilәn mәkanlardandır.

Şәhәrin qәbiristanlığı da eyni memarlıq üslubu ilә inşa edilib.

 

Şәhәrin dini mәrkәzi olan Leton Akropolu Ksantosdan 4 kilometr mәsafәdә yerlәşir. Likiya sivilizasiyasının dini mәrkәzi hesab olunan bu tarixi yerdә çoxlu sayda mәbәdlә qarşılaşa bilәrsiniz. Bu dini mәkanda üç böyük mәbәd mövcuddur. Әn şimalda yerlәşәn mәbәd Letoya hәsr edilib. Artemida vә Apollon mәbәdlәri bölgәnin hәm dini, hәm dә siyası mәrkәz olduğunun göstәricisidir. Daha sonra burda böyük kilsә dә inşa olunub. Letondakı mövcudluğunu davam etdirәn Agora vә Antik teatr da turistlәrin diqqәt mәrkәzindәdir.

Әziz dinlәyicilәr Türkiyәnyә yolunuz düşәn zaman Fәtiyә yaxınlığında yerlәşәn Ksantos şәhәri vә Leton dini mәkanını gösmәyinizi tövsiyә edirik.


Etiketlәr: #Ksantos

Әlaqәli Xәbәrlәr