Milli Müdafiə Nazirliyi:“Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü təbrik edirik”

Bu gün, 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyan Qarabağ Zəfərinin ildönümüdür

2208215
Milli Müdafiə Nazirliyi:“Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü təbrik edirik”

 

Azərbaycanın 8 Noyabr Zəfər Günü münasibətilə Türkiyenin Milli Müdafiə Nazirliyi təbrik mesajı yayınladı.

Nazirliyin paylaşımında ''Türkiyə və Azərbaycan əbədi olaraq “Bir millət, iki dövlət” olaraq bir və bərabər olmağa davam edəcək'' ifadəsi yer aldı. Mesajda "Qarabağda qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan qurtaran və türkün gücünü bütün dünyaya göstərən əziz Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü təbrik edirik" sözlərinə yer verildi.

Bu gün, 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyan Qarabağ Zəfərinin ildönümüdür. Azərbaycan bu tarixi qələbəsini qeyd etmək üçün hər il 8 noyabrda tədbirlər keçirir.



Әlaqәli Xәbәrlәr