“Yunan dövlət başçısı ilə qeyri-rəsmi yeməyə müsbət cavab verdim”, E.Tatar

E.Tatar BMT-nin 79-cu Baş Assambleyası çərçivəsində səfər etdiyi ABŞ-ın Nyu-York şəhərindən Şimali Kiprə geri dönərkən Ercan Havalimanında açıqlama verib ...

2193067
“Yunan dövlət başçısı ilə qeyri-rəsmi yeməyə müsbət cavab verdim”, E.Tatar

 

  Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin (Antonio Guterres) Cənubi Kipr dövlət başçısı ilə qeyri-rəsmi yeməkdə bir araya gəlmə təklifinə müsbət cavab verib.

  E.Tatar BMT-nin 79-cu Baş Assambleyası çərçivəsində səfər etdiyi ABŞ-ın Nyu-York şəhərindən Şimali Kiprə geri dönərkən Ercan Havalimanında açıqlama verib. O, BMT-nin nəzarəti altında Türkiyə, ŞKTR, Yunanıstan və Cənubi Kipr tərəfinin iştirakıyla 4+1 formatında keçiriləcək toplantıda Kiprin gələcəyinin necə formalaşacağına dair bir müzakirə mühiti yaradılmasının mümkün olduğunu ifadə edib.

  Qıbrız tərəfinin suveren və bərabər beynəlxalq statusunun təsdiq olunmadan rəsmi müzakirə masasına çıxarılmayacağını bir daha vurğulayan Ersin Tatar BMT Baş katibi Quterreşə federasiya məsələsinin geridə qaldığını, tükəndiyini, qəbul edilməyəcəyini, buna baxmayaraq, əlaqələri kəsməyəcəklərini söyləyib.

  Türk cəmiyyətinə qarşı tətbiq olunan sanksiyaları və son dövrlər yunanların təzyiqlərini BMT-yə çatdırdıqlarını qeyd edən qıbrız başçısı "BMT Baş katibi Quterreşin yunan dövlət başçısı ilə qeyri-rəsmi yeməkdə bir araya gəlmə təklifinə müsbət cavab verdim. Yəni Kipr müzakirələri kontekstində olmayacaq qeyri-rəsmi yemək təklifinə “'bəli” dedim” deyə bildirib.



Әlaqәli Xәbәrlәr