İlham Əliyev Çernobbio Forumunda əhəmiyyətli bəyanatlar verib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəklərini deyib

2184338
İlham Əliyev Çernobbio Forumunda əhəmiyyətli bəyanatlar verib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəklərini deyib.
İlham Əliyev bunu Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.
Azərbaycanın Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran İlham Əliyev hər iki ölkə ilə yaxşı münasibətlərinin olduğunu deyib.
Azərbaycan Prezidenti deyib: ''Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”.
Azərbaycanın iki ölkə ilə münasibətlərin praqmatizmini nəzərə alaraq bu prosesdə müəyyən rol oynaya biləcəyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Biz heç vaxt bu proseslə bağlı təşəbbüs irəli sürməmişik. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər çoxdur. Amma iştirakımız tələb olunarsa, biz hazırıq”.



Әlaqәli Xәbәrlәr