İlham Əliyev:Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Regiondakı prosesləri qiymətləndirən İlham Əliyev bildirib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır.Bunun üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.
İlham Əliyev vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu ləğv edilməlidir.
İlham Əliyev Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: "Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?. Görünür ki, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil".
Әlaqәli Xәbәrlәr
İlham Əliyev Çernobbio Forumunda əhəmiyyətli bəyanatlar verib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəklərini deyib
Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub