Türkmənistan nazirləri Ankaraya gəlir
Görüşlərdə regional və beynəlxalq qurumlarla, xüsusilə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq imkanları hərtərəfli qiymətləndiriləcək
Türkmənistanın xarici işlər naziri Rəşid Mərədov və müdafiə naziri Begenç Gündoğdiyev Ankaraya gəlir.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə E.Mərədov arasında keçiriləcək görüşdə 5 milyard dollarlıq ticarət həcmi hədəfinə doğru atılacaq addımlar müzakirə olunacaq.
Orta Xəzər Dəhlizindən daha səmərəli istifadə tədbirləri danışılacaq.
Türkmən təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan layihələrin həyata keçirilməsi üçün nələr edilə biləcəyi də müzakirə mövzusu olacaq.
Görüşlərdə regional və beynəlxalq qurumlarla, xüsusilə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq imkanları hərtərəfli qiymətləndiriləcək.
Türkmənistan rəsmi heyətinin səfəri çərçivəsində Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər türkmənistanlı həmkarı Begenç Gündoğdıyev və onu müşayiət edən nümayəndələri qəbul edəcək. Bu görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə olunması gözlənilir.
Әlaqәli Xәbәrlәr
Almaniya ilə Özbəkistan arasında miqrasiya müqaviləsi imzalandı
Almaniya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ...