İlham Əliyev Sergey Şoyqunu qəbul edib
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumatda bildirilib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün bir nümunə olduğunu deyən İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi qiymətləndirib.
Sergey Şoyqu isə öz növbəsində Azərbaycan ilə Rusiya arasında regional təhlükəsizlik, hərbi, nəqliyyat və iqtisadiyyat sahələrində əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin olduğunu vurğulayan Sergey Şoyqu bütün məsələlərin uğurla həll olunduğunu qeyd edib.
Sergey Şoyqu bəyan edib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Tərəflər “3+3” formatında əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.