İlham Əliyev Burkina Fasonun Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev  Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vint Somenin etimadnaməsini qəbul edib

2172143
İlham Əliyev Burkina Fasonun Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev  Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vint Somenin etimadnaməsini qəbul edib.

Qəbul zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Azərbaycan Prezidenti, ilk növbədə, BMT-də, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyin göstərilməsinin vacibliyini qeyd etdi.  Prezident İlham Əliyev Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, Azərbaycanın bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neomüstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirdi.

Fransanın həyata keçirdiyi neomüstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən İlham Əliyev Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğuladı.

İlham Əliyev Fransanın BMT-də, Avropa İttifaqında Azərbaycana qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd etdi.

Qeyd edək ki, rəsmi Bakı ilə Paris arasındakı münasibətlər 2020-ci ildə Qarabağ münaqişəsindən sonra pisləşib. Fransa Azərbaycana qarşı bir sıra tənqidi bəyanatlar yaydı və Ermənistana silah tədarükünü artırdı.



Әlaqәli Xәbәrlәr