Şuşa Türk dövlətlərini qarşılayır

Azərbaycan prezidenti İlham Əliyevin təklifilə keçirilməsi qərara alınan sammitdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanın prezidentləri və yüksək vəzifəli şəxsləri iştirak edəcək

2159696
Şuşa Türk dövlətlərini qarşılayır

 

  İyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçıları və yüksək vəzifəli şəxsləri qeyri-rəsmi zirvə toplantısında bir araya gələcək.

  Azərbaycan prezidenti İlham Əliyevin təklifilə keçirilməsi qərara alınan sammitdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanın prezidentləri və yüksək vəzifəli şəxsləri iştirak edəcək.

  Türkiyəni vitse-prezident Cevdet Yılmazın təmsil edəcəyi tədbirdə TDT-nin müşahidəçi ölkələri - Türkmənistan, Şimali Kipr Türk Respublikası (ŞKTR) və Macarıstanın başçıları da olacaq.

  Sammitdə liderlər Mərkəzi Dəhliz və digər nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələsini və Azərbaycanın noyabrın 11-22-də ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 29 Tərəflər Konfransına (COP-29) hazırlıq məsələlərini müzakirə edəcəklər.

  TDT layihələri ilə bağlı bir sıra sənədlərin təsdiqlənəcəyi tədbirdə dövlət başçıları Qarabağ Bəyannaməsini də imzalayacaqlar.

  TDT Xarici İşlər Nazirləri Şurası da Şuşada toplanaraq sammitin gündəliyindəki məsələləri müzakirə edəcək.

  Tədbir dövlət başçılarının imzalayacağı sənədlərlə yekunlaşacaq.



Әlaqәli Xәbәrlәr