Azərbaycan və Türkiyə arasında “Miqrasiya sahəsində əməkdaşlığa dair saziş” imzalandı

... Hər iki görüşdə Azərbaycan vətəndaşlarının Türkiyədə miqrasiya sahəsində qarşılaşdıqları problemlər müzakirə olunub, onların həlli istiqamətində yeni qaydalar müəyyənləşdirilib və müvafiq təlimatlar verilib

2150012
Azərbaycan və Türkiyə arasında “Miqrasiya sahəsində əməkdaşlığa dair saziş” imzalandı
Atilla Toros_Vüqar Hüseynov.jpg
Azərbaycan-Türkiyə miqrasiya sazişi_02.jpg
Ali Yerlikaya və Vüqar Hüseynov.jpg
Vüqar Hüseynov və Azərbaycan nümayəndə heyəti.jpg
Vüqar Hüseynov və Azərbaycan nümayəndə heyəti_02.jpg

 

  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib.

  İlk gün Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün məqbərəsi ziyarət edilib, Türk dünyasının görkəmli siyasi xadiminin xatirəsinə ehtiram ifadə olunub.

  Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynovun paytaxt Ankarada ilk olaraq Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb. Söhbət zamanı iki ölkə vətəndaşlarının qarşılıqlı miqrasiyasının tənzimlənməsi və bu sahədə ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

  Daha sonra nazirliyin Miqrasiya İdarəsinin rəisi Atilla Torosla keçirilən görüşdə müvafiq sahədə əməkdaşlıq müzakirə olunub və iki ölkə arasında “Miqrasiya sahəsində əməkdaşlığa dair saziş” imzalanıb.

  Hər iki görüşdə Azərbaycan vətəndaşlarının Türkiyədə miqrasiya sahəsində qarşılaşdıqları problemlər müzakirə olunub, onların həlli istiqamətində yeni qaydalar müəyyənləşdirilib və müvafiq təlimatlar verilib.

  Rəsmi görüşlərdən sonra nümayəndə heyəti Ankaradakı Heydər Əliyev parkında yerləşən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə əklil qoyulub və ulu öndərin əziz xatirəsi yad edilib.



Әlaqәli Xәbәrlәr