Xankəndi-Əsgəran yolundakı benzin anbarında partlayış çıxdı: ölən və 200-dən yaralı var
Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə ...

Xankəndi-Əsgəran yolundakı benzin anbarında partlayış çıxdı: ölən və 200-dən yaralı var
Azərbaycanın Qarabağ bölgəsində Xankəndi-Əsgəran yolunun yaxınlığındakı benzin anbarında baş verən partlayış və ardınca yanğın nəticəsində çox say insan ölüb, 200-dən çox adam xəsarət alıb.
Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, 25 sentyabrın axşam saatlarında Xankəndi yaxınlığında Əsgəran yolunda yerləşən benzin anbarında partlayış baş verib.
Qarabağdakı ermənilər partlayış və sonrakı yanğın nəticəsində çoxlu ölən və yaralananların olduğunu bildiriblər.
Xankəndindəki bütün xəstəxanaların qəzalı vəziyyətə düşdüyü bir vaxtda ölənlərin sayını müəyyənləşdirmək mümkün olmayıb, yaralılar isə 200-ü ötüb, əksəriyyətinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi hələ müəyyən edilməyib.