Azərbaycanın Mərkəzi hakimiyyətinin Qarabağda yaşayan erməni əhaliyə göndərdiyi ərzaq yükü
Yardıma ərzaq məhsulları, çörək, gigiyenik vasitələr daxildir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün göndərdiyi humanitar yardıma daxil olan məhsullar açıqlanıb.
Yardıma ərzaq məhsulları, çörək, gigiyenik vasitələr daxildir.
O deyib ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir: "Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".
M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: "Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq".
Qeyd edək ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan sentyabrın 22-də yola salınıb.