Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
2039627

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Azərbaycan Prezidentinin Administrasiyasından verilən bəyanatda isə deyilir: ''Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazırıq.Ancaq bu, yalnız erməni silahlı dəstələrinin silahlarını təslim edəcəyi təqdirdə mümkün olacaq''.
Qeyd edək ki,Azərbaycan konstitusiya quruluşunu bərpa etmək və Ermənistan silahlı qüvvələrini regiondan çıxarmaq üçün antiterror əməliyyatına başlayıb.