Anar Eyvazov: ''Ermənistanın yaydığı məlumatlar dezinformasiya xarakteri daşıyır''
''Bəzi Ermənistan sosial media səhifələrində guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir''.

''Bəzi Ermənistan sosial media səhifələrində guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir''.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
Anar Eyvazov bildirib ki, burada məqdəd Azərbaycan Ordusunun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir.
A.Eyvazov Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelərin nəzarətə götürülüdüyünü deyib.
Onun sözlərinə görə, qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursat qənimət olaraq ələ keçirilib.