TDT baş katibi Türkiyənin vitse-prezidenti ilə görüşüb

Söhbət zamanı tərəflər Türk Dövlətləri Təşkilatının gündəliyindəki mövzuları və üzv dövlətlər arasında xüsusilə iqtisadi, ticari, nəqliyyat və gömrük sahələrindəki əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar

2023727
TDT baş katibi Türkiyənin vitse-prezidenti ilə görüşüb

 

  Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev İstanbuldakı Dolmabahçe Sarayı Prezident Ofisində Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşüb. Söhbət zamanı tərəflər TDT-nin gündəliyindəki mövzuları və üzv dövlətlər arasında xüsusilə iqtisadi, ticari, nəqliyyat və gömrük sahələrindəki əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

  K.Ömüraliyev vitse-prezident C.Yılmaza TDT-nin son fəaliyyəti, o cümlədən qarşıdan gələn X sammitinə hazırlıq barədə məlumat verib.

  Cövdət Yılmaz Türkiyənin TDT çərçivəsində çoxtərəfli əməkdaşlığa güclü bağlılığını bir daha vurğulayıb.



Әlaqәli Xәbәrlәr