Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsində fəaliyyəti müvəqqəti dayandırıb
Sürücüləri Ermənistan vətəndaşı olan avtomobillərdən aşkarlanan qaçaqmalçılıq yolu ilə gətirilən əşyalar müsadirə edilib.
![Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsində fəaliyyəti müvəqqəti dayandırıb](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/01ca/f3f2/34c9/64ad56c5da186.jpg?time=1737452613)
Azərbaycan Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtonəqliyyat vasitələri ilə Ermənistandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən yüklərin daşınmasının aşkar edildiyini və bu vəziyyətlə əlaqədar Laçın sərhəd-buraxılış məntəqəsində keçidlərin müvəqqəti dayandırıldığını açıqlayıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilib ki, 1-5 iyulda Ermənistandan Azərbaycana təhvil verilən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qanunsuz olaraq xeyli sayda mobil telefon, enerjidoldurma qurğusu, siqaret və yanacaq aşkar edilib.
Açıqlamada qeyd olunub ki, sürücüləri Ermənistan vətəndaşı olan avtomobillərdən aşkarlanan qaçaqmalçılıq yolu ilə gətirilən əşyalar müsadirə edilib.
Açıqlamada Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu məsələ ilə bağlı rəsmi kanallar vasitəsilə xəbərdarlıq etməsinə baxmayaraq, qeyri-qanuni daşımaların təkrarlandığı, onların aradan qaldırılması üçün lazımi addımların atılmadığı bildirilib.
Bəyanatda Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin qaçaqmalçılıq yolu ilə daşınması ilə Azərbaycan qanunlarının pozulduğu, Azərbaycanın humanitar yardım təşkilatı olan Beynəlxalq Qırmızı Xaç Komitəsinə etimadından sui-istifadə edildiyi bildirilib.
Hadisələrlə bağlı araşdırmalara başlanıldığı vurğulanaraq, Laçın sərhəd-buraxılış məntəqəsində keçidlərin müvəqqəti dayandırıldığı bildirilib.
Әlaqәli Xәbәrlәr
![Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib](http://cdn.trt.net.tr/images/medium/rectangle/7c73/f8b8/bb7b/678e353874acf.jpg?time=1737452613)
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.