Azərbaycan XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

1994888
Azərbaycan XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb

 Azərbaycan XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb.

Azərbaycan Xarişi İşlər Nazirliyindən verilən bəyanatda deyilir: "Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur".

Bəyanatda qeyd olunub ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, 2 mühafizə əməkdaşı isə yaralanıb.
Hücumu terror aktı adlandıran Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırıb.
Hər iki ölkənin rəsmiləri qarşı tərəfə qarşı ittiham xarakterli açıqlamalar verib. Azərbaycan hadisədən sonra İranın 4 diplomatını, İran isə Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib.



Әlaqәli Xәbәrlәr