Azərbaycan Milli Məclisi “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
Fondun yaradılması ilə bağlı qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.
1993124

Azərbaycan Milli Məclisi “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib.
Fondun yaradılması ilə bağlı qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.
Məlumata görə, fondun kapitalı ilk mərhələdə 500 milyon dollar olacaq. Fond İstanbuldan idarə olunacaq.
Fond Türk Dövlətləri Təşkilatı üzvləri arasındakı ticarət-iqtisadi əməkdaşlığı dəstəkləyəcək.