Ersin Tatar: "Beynəlxalq status tanınmadan və təsdiqlənmədən rəsmi danışıqlar keçirilə bilməz"
Ersin Tatar bildirib ki, Kıbrıs türk xalqının suveren bərabərliyi və beynəlxalq statusu tanınmadan və təsdiqlənmədən rəsmi danışıqlar prosesi başlana bilməz.

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Ersin Tatar bildirib ki, Kıbrıs türk xalqının suveren bərabərliyi və beynəlxalq statusu tanınmadan və təsdiqlənmədən rəsmi danışıqlar prosesi başlana bilməz.
Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Kolin Stüartı paytaxt Lefkoşadakı Prezident İqamətgahında qəbul edib.
Görüşdən sonra açıqlamalar verən Tatar suveren bərabərliyi vurğulayıb.
Dövlət başçısı deyib:
"Şimali Kıbrıs Türk Cümhuriyyətinin beynəlxalq statusu tanınmadan və təsdiqlənmədən danışıqlara başlana bilməyəz. Kıbrısdakı varlığımızın davam etməsi, Kıbrısda sülh, əmin-amanlıq və təhlükəsizliyin davam etməsi üçün iki bərabər tərəf yan-yana və davamlı şəkildə razılığa gəlməlidir. Bunun üçün suveren bərabərlik və bərabər milli status vacibdir".
Şimali Kıbrıs Türk Cümhuriyyətinin hər zaman dialoq tərəfdarı olduğunu vurğulayan Tatar Avropa İttifaqının (Aİ) Kıbrıs məsələsinə müdaxilə etmək niyyətindən narahat olduqlarını BMT-yə çatdırdıqlarını bildirib.
BMT-nin Kıbrıs üzrə xüsusi nümayəndəsi Kolin Stüart görüşün konstruktiv keçdiyini bildirib.
"Ümid edirik ki, bu prosesdə Kıbrıs məsələsində irəliləyiş əldə edəcəyik”, -deyə o qeyd edib.